Icma.az
close
up
RU
Rusiyanın qələbəsi Türkiyəyə təhlükədir

Rusiyanın qələbəsi Türkiyəyə təhlükədir

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Atlantic Council” siyasi təqdiqatlar mərkəzinin analitiki, Karlton Universitetinin Türkiyə üzrə araşdırmaçısı Yevgeniya Qaber Ukrayna mətbuatında diqqət çəkən məqalə ilə çıxış edib.

“Cebheinfo.az”-ın məlumatına görə, “Türkiyə Rusiyaya qarşı. Kiyev və Ankaranın maraqları nə üçün üst-üstə düşür” başlıqlı məqalədə Rusiyanın Ukraynada qələbəsinin Türkiyəyə böyük zərbə vuracağı proqnozlaşdırılır:

"ABŞ-nin Rusiya və Ukrayna ilə danışıqları intensivləşdikcə, diqqət müharibənin həlli üçün mümkün şərtlərə yönəlib. Son hadisələri nəzərə alaraq, Türkiyə sülh yolu ilə həll perspektivləri ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan bu həftə “Die Welt” qəzetinə verdiyi açıqlamada Ukrayna ilə Rusiya arasında razılaşmanın əlli ildən yetmiş ilə qədər regional sülhü təmin edə biləcəyini bildirib. O qeyd edib ki, belə bir razılaşma hər iki tərəfi heç bir halda bir-birinə hücum etməmək məcburiyyətində qoyacaq. Lakin Rusiyanın əlinə keçən və ya Ukraynanı etibarlı və effektiv təhlükəsizlik mexanizmlərindən məhrum edən tələsik bir razılaşma, onun regiondakı təsiri və strateji mövqeyi Türkiyənin öz təhlükəsizliyini təhlükə altına qoya bilər.

Rusiyanın qazanclarını möhkəmləndirən istənilən sülh Qara dəniz bölgəsində güc balansını dəyişdirəcək və Türkiyənin geosiyasi məkanını onilliklər ərzində daraldacaq. Rusiya üçün əlverişli olan, yəni işğalı qanuniləşdirən və ya Kremlin Ukraynadakı ərazi qazanclarını daha da genişləndirmək iddiasını effektiv şəkildə tanıyan sülh müqaviləsi regionda sabitliyi pozacaq . Eləcə də Türkiyənin uzunmüddətli mövqeyinə ciddi zərbə vuracaq. Zəifləmiş, ərazi bütövlüyündən və hərbi potensialından məhrum olan Ukrayna Qara dənizdəki güc balansını Rusiyanın xeyrinə dəyişmiş, Ankaranın yüksək bədəl ödəməli olduğu ssenaridir. Belə bir inkişafın nəticələri Krımdan Qafqaza qədər Türkiyənin geosiyasi quruluşunu lərzəyə salacaq. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ay qeyd etdiyi kimi, sülh planı yalnız yeni qeyri-sabitlik yaratmadan hər iki tərəfin qanuni gözləntilərini və təhlükəsizlik ehtiyaclarını qarşıladığı təqdirdə məqbul ola bilər. Türkiyəli analitiklər xəbərdarlıq edirlər: Kiyev üçün əlverişsiz razılaşma Ankaranın strateji maraqlarına birbaşa xələl gətirəcək. Çünki Rusiya heç vaxt postsovet məkanında - Cənubi Qafqaz və Orta Asiyadan Baltikyanı ölkələrə qədər təsirini bərpa etmək üçün imperiya iddialaırndan əl çəkməyib”.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri