Rusiyanın rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması qəbuledilməzdir VİDEO
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Dünən Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb. Agentliyin rəhbərliyinin tarixin zibilxanasına atılmış “Stepanakert” toponimini birdən-birə ortaya çıxarması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addımdır. Xarici İşlər Nazirliyi və AZƏRTAC dərhal TASS-ın bu qeyri-dost davranışına reaksiya verib. Hər iki bəyanatda Rusiya tərəfinə müraciətlə vurğulanıb ki, bu ölkənin rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə edilən adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Belə hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi də Rusiya ərazisində bir çox yaşayış yerini öz əzəli adları ilə qeyd edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 01 Avqust 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















