Icma.az
close
up
RU
Rusiyanın şəhərləri və bölgələri kütləvi PUA hücumlarına məruz qalıb

Rusiyanın şəhərləri və bölgələri kütləvi PUA hücumlarına məruz qalıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moskva, 11 mart, AZƏRTAC

Martın 11-nə keçən gecə Rusiyanın şəhərləri və bölgələri pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumlarına məruz qalıb.

AZƏRTAC xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya paytaxtına doğru hərəkət edən 69 PUA-nı məhv edib. Müdafiə Nazirliyi Rusiya ərazisində 337 pilotsuz aparatın vurulduğunu bildirib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, bu vilayətdə PUA hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Samara vilayəti və Tatarıstanda da PUA hücumu təhlükəsi elan edilib. Dronlar bir sıra regionlarda, o cümlədən Vladimir, Tula, Kaluqa və Ryazan vilayətlərində vurulub.

Moskvanın Jukovski, Şeremetyevo, Vnukovo və Domodedovo hava limanlarında uçuşlar və enişlər müvəqqəti olaraq dayandırılıb. Əvvəllər oxşar məhdudiyyətlər Nijni Novqorod və Yaroslavlda da tətbiq edilib.

Moskvadakı Domodedovskaya küçəsində vurulan PUA-nın dağıntılarının yerə düşməsi nəticəsində binanın damına ziyan dəyib. Domodedovo dəmir yolu stansiyasında PUA qalıqlarının düşməsindən sonra qatarların hərəkəti müvəqqəti dayandırılıb, lakin sonradan bərpa edilib.

Domodedovoda “Miratorq” dayanacağında dron parçasının düşməsindən sonra yanğın baş verib, bir işçi həlak olub.

Ramenski rayonunda yaşayış binasındakı ən azı yeddi mənzilə ziyan dəyib, üçü uşaq olmaqla 12 nəfər təxliyə edilib.

Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir, hücumun nəticələri aradan qaldırılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri