Icma.az
close
up
RU
Uşaqlara verilən dərmanlar dəyişdirilib Səhiyyə Nazirliyi iddiaları təsdiqlədi

Uşaqlara verilən dərmanlar dəyişdirilib Səhiyyə Nazirliyi iddiaları təsdiqlədi

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bir qrup vətəndaş bu dəqiqələrdə Səhiyyə Naziriyi qarşısında aksiya keçirir. 50-yə yaxın valideyn genetik xəstəliyi olan uşaqlara verilən bahalı və keyfiyyətli dərmanların dəyişdirilərək daha ucuzları əvəz olunmasına görə etiraz edir.

Səhiyyə Nazirliyi məsələ ilə bağlı Sitat.info-nun sorğusuna cavab verib. 

Nazirliyin açıqlamasında qeyd olunur ki, dərmanlar valideynlərin iddia etdiyi kimi dəyişdirilsə də, molekulyar quruluşu eynidir və mənfi təsirdən söhbət gedə bilməz: "İxtioz və bullyoz epidermoliz genetik qüsurlar nəticəsində yaranan və dərinin zədələnməsi ilə nəticələnən irsi xəstəlikdir. Bu xəstəlikdən əziyyət çəkən xəstələrin dərman və tibb vasitələri ilə təminatı məqsədilə Nazirlər Kabinetinin 2 sentyabr 2023-cü il tarixli Sərəncamı əsasında “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilib.
Tədbirlər proqramı ixtioz və bullyoz epidermoliz xəstəliklərinin erkən aşkarlanmasına, ixtioz və bullyoz epidermolizli xəstələrin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsinə, həyat keyfiyyətinin artırılmasına, onların qoruyucu sarğı materialları, digər sistem və xarici təsirli dərman vasitələri ilə təmin edilməsinə, əhalinin bu sahədə məlumatlılığının artırılmasına yönəlib.

Sərəncamla təsdiq edilən Tədbirlər Planının icrası ilə bağlı Səhiyyə Nazirliyində “İxtioz və bullyoz epidermoliz xəstəliyi ilə mübarizə aparan tibb müəssisələrinin dərman preparatları, zəruri reaktiv, avadanlıq və tibbi ləvazimatlarla davamlı təminatına dair” müvafiq Komissiya yaradılıb və siyahıya Komissiya tərəfindən baxılır. Sərəncama əsasən Tədbirlər Proqramında nəzərdə tutulan işlərin icrasının monitorinqi və qiymətləndirilməsini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həyata keçirir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən, təsdiq edilən Tədbirlər Proqramının icrası üçün dövlət tərəfindən ayrılan vəsaitə uyğun olaraq qeyd edilən xəstələrin həyat tərzinin yaxşılaşdırılması və simpomların yüngülləşdirilməsi məqsədi ilə istifadə olunan yerli kremlər, dərman preparatlarının siyahısı tərtib olunub. Bu siyahılara uyğun olaraq xəstəliyin ağırlıq dərəcəsinə görə, onların gündəlik tələbatları təmin edilir. Qeyd edək ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valideynlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişməməsini təsdiq edən beynalxalq standartlara əsasən klinik protokollar barəsində məlumatlar veriblər.

Zəruri dərman preparatları və ləvazimatları alınaraq, davamlı olaraq TƏBİB-in istifadəsinə verilir. 
Hazırda xəstələrin reyestri yaradılıb, TƏBİB-in tabeliyində olan Uşaq Dəri-Zöhrəvi Dispanseri və Respublika Dəri-Zöhrəvi Mərkəzində qeydiyyatda olan xəstələrin dispanserizasiyası keçirilib. Dispanserizasiyadan keçən xəstələrə reseptlər yazılıb və imtiyazlı qaydada TƏBİB-in tabeliyində olan 9 nömrəli şəhər poliklinikasının aptekindən təminatı həyata keçirilir. 

Proqrama əsasən Komissiya tərəfindən bu xəstəliklərin müalicəsi və profilaktikası işinin təşkili məqsədilə dərman preparatlarının tərkibi, illik miqdarı, habelə istifadəsi barədə hər ilin sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim ediləcək. 
Səhiyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Proqramında nəzərdə tutulan işlərin həyata keçirilməsinin yalnız əlaqələndirilməsi və Tədbirlər Proqramının icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb".

Tehran,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sitat.info
archiveBu xəbər 14 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see233

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see225

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see171

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see133

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri