Rusiyanın sensasion sentyabr PLANI Sənəddə Azərbaycanın da adı keçir
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiyaya aid məxfi sənədlərə əsasən, Moskva İranla əməkdaşlığı genişləndirmək üçün genişmiqyaslı plan hazırlayıb”.
Turkustan.az xəbər verir ki, bu barədə “Fox News Digital” məlumat yayıb.
Bildirilib ki, 2024–2026-cı illəri əhatə edən sənəddə maliyyə, nüvə enerjisi, neft–qaz, aviasiya və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur:
“Plan çərçivəsində alternativ maliyyə kanallarının yaradılması, milli valyutalardan istifadənin artırılması, nüvə sahəsində əməkdaşlığın genişləndirilməsi və neft-qaz layihələrinin həyata keçirilməsi təklif olunur.
Həmçinin Rusiyaya məxsus təyyarələr üçün bəzi hissələrin İranda istehsalı və “Rosatom”un Buşehr Atom Elektrik Stansiyasındakı fəaliyyətinin davam etdirilməsi planlaşdırılır.
Sənəddə Azərbaycanın İranla sərhədindən Fars körfəzindəki limanlara qədər dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihənin araşdırılması da qeyd olunur.
Sənəd 2024-cü ilin sentyabrında hazırlanıb. Hazırda bu layihələrdən hansılarının qüvvədə qaldığının və mövcud müharibənin Moskvanın planlarına necə təsir etdiyi məlum deyil”./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 20 Sentyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















