Rusiyanın “Şimal axını” kəmərini o partlatmışdı... Alman məhkəməsi Kuznestsovu həbsdə saxladı
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Almaniyanın Federal Ali Məhkəməsi “Şimal axını” qaz kəmərlərinin partladılması işində şübhəli bilinən Ukrayna vətəndaşı Sergey Kuznetsovun həbsdə saxlanılması barədə qərarı qüvvədə saxlayıb.
“AzPolitika” bildirir ki, bu barədə “Der Spiegel” jurnalı məhkəmə qərarına istinadən xəbər verir.
Məhkəmə sənədində partlayışın “yüksək ehtimalla xarici dövlətin sifarişi ilə” həyata keçirildiyi qeyd olunur. “Der Spiegel” yazır ki, qərarın mətnindən söhbətin məhz Ukraynadan getdiyi aydın olur.
Qərar Kuznetsovun müdafiə tərəfinin onun həbsdə saxlanılmasına qarşı verdiyi apellyasiya şikayəti əsasında qəbul edilib. “Şimal axını”nın partladılması ilə bağlı cinayət işinə isə, ehtimal ki, Hamburqdakı Ali Regional Məhkəmə baxacaq.
Jurnalın məlumatına görə, Almaniya Federal Baş Prokurorluğu Kuznetsovu “konstitusiyaya zidd sabotajda, partlayışın təşkilində və mühəndis qurğusunun məhv edilməsində” ittiham edir. İtaliyada saxlanılarkən o, bu işdə iştirakını inkar edib. Daha sonra vəkilləri məhkəmədə bildiriblər ki, Kuznetsovun partlayışda iştirakı olub-olmamasından asılı olmayaraq, bu iş üzrə şübhəlilərə “funksional immunitet” tətbiq edilməlidir.
Apellyasiya şikayətində müdafiə tərəfi “Şimal axını”nın partladılmasının Ukrayna ilə Rusiya arasında müharibənin tərkib hissəsi olduğunu iddia edib. Vəkillər qeyd ediblər ki, qaz kəmərləri beynəlxalq sularda yerləşib və Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi obyektlər kimi “qanuni hərbi hədəf” sayıla bilər.
Lakin məhkəmə bu arqumentlərlə razılaşmayıb. Qərarda vurğulanıb ki, qaz kəmərləri “qanuni hərbi hədəf olmayıb və əsasən mülki məqsədlərə xidmət edib”. Eyni zamanda, hücumun Almaniyanın suverenliyinə toxunduğu bildirilib, çünki “Şimal axını” Almaniyanın qazla təchizatı üçün nəzərdə tutulub.
Sergey Kuznetsov 2025-ci ilin avqustunda Almaniya Federal Prokurorluğunun verdiyi Avropa həbs orderindən bir neçə gün sonra İtaliyanın Rimini şəhərində saxlanılıb. O, “Şimal axını” işi üzrə ilk həbs edilən şəxsdir. Noyabr ayında İtaliya məhkəməsi onun Almaniyaya ekstradisiyasına icazə verib. İstintaqın versiyasına görə, Kuznetsov 6–7 nəfərdən ibarət qrupa rəhbərlik edib. 2022-ci ilin sentyabrında onlar “Andromeda” yaxtası ilə Danimarkanın Bornholm adası yaxınlığında yerləşən qaz kəmərlərinə yaxınlaşaraq 70–80 metr dərinlikdə azı dörd partlayıcı qurğu quraşdırıblar. Diversiyadan sonra Kuznetsovun Ryugen adasındakı Vik limanında yaxtanı tərk edərək vətəninə yollandığı ehtimal olunur.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Yanvar 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















