Rusiyanın təxribatçı jurnalisti Cənubi Qafqaza buraxılmadı
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikalı bloger və dəniz donanmasının keçmiş hərbçisi Patrik Lankaster Cənubi Qafqaza gəlmək istəsə də, sərhəddən geri qaytarılıb.
Modern.az-ın məlumatına görə, onun Gürcüstan ərazisinə girişinə icazə verilməyib.
Xatırladaq ki, Lankaster 44 günlük müharibə zamanı Ermənistan üzərindən Qarabağa qanunsuz daxil olub və Kəlbəcər, Laçın bölgələrindən reportajlar hazırlayıb. O vaxt özünü “müstəqil jurnalist” kimi təqdim edən Lankaster sonradan Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində hərbi təbliğatçısı kimi tanınıb.
Rusiya mediasına danışan Lankaster bildirib ki, sərhəddə onu və həyat yoldaşını 4 saat saxlayıblar:
“Bizə heç bir səbəb göstərmədən girişə icazə vermədilər. Bu, söz və mətbuat azadlığının pozulmasıdır. Mənim jurnalist fəaliyyətimə görə bu qərar verilib”, - deyə o iddia edib.
Onun sözlərinə görə, həyat yoldaşı Nadejdaya giriş icazəsi verilsə də, Gürcüstana daxil olmaqdan imtina edib. Cütlüyün planı Tbilisidə çəkiliş aparmaq və daha sonra Ermənistana getmək imiş.
Lankasterin niyə məhz indi yenidən Cənubi Qafqaza göndərildiyi məlum deyil. O, son illərdə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını təbliğ edən reportajlarla gündəmə gəlib və fəaliyyətini indiyədək orada davam etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 26 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















