Icma.az
close
up
RU
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər

Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Ermənistan-Azərbaycan sülh müqaviləsinin yekunlaşdırılması istiqamətində onsuz da dolaşıq olan cəhdlərə yeni düyün əlavə olunur. Hər iki tərəf müqavilənin mətninin imzalanmağa hazır olduğunu bildirsə də, bu günə qədər etibarlı versiya dərc edilməyib. Azərbaycan bir neçə ilkin şərt qoyub və onlar imzalanma mərasimi baş tutmazdan əvvəl yerinə yetirilməlidir.
Bakının əsas narahatlığı Ermənistanın uzun müddətdir mübahisə doğuran Qarabağın dağlıq hissəsi üzərində Azərbaycanın suverenliyini birmənalı şəkildə tanımaq üçün konstitusiyasına dəyişiklik etməsi zərurətidir.
Reyting.az xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə qeyd olunur:
“Mayın 17-də dövlətə bağlı Azərbaycan mediası potensial bomba açıqlama ilə çıxış etdi - müqavilənin müddəalarından biri xarici (yəni Rusiya) qoşunlarının hər iki dövlətin ərazisində yerləşməsini qadağan edir. Bu mesajı ilk dəfə İranın “Tasnim” xəbər agentliyinin yaydığı şərhlərdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev təkrarlayıb.
“Xarici qüvvələr öz fikirlərini sırımağa çalışırlar, - Hacıyev bildirib - Bakı və İrəvan sabitliyə gedən yolu özləri müəyyən etməlidir”.
Sitat dəqiqdirsə, bu, ratifikasiya olunmuş müqavilə Ermənistanın Gümrü şəhəri yaxınlığındakı Rusiyanın 102-ci hərbi bazasının sona çatması deməkdir. Hazırkı icarə müqaviləsi isə 2044-cü ilə qədərdir.
"Gümrüdəki bazanın 1995-ci ildə hökumətlərarası razılaşma əsasında yaradıldığını nəzərə alsaq, bunun praktikada necə həyata keçiriləcəyi hələ də qeyri-müəyyən olaraq qalır", - Azərbaycanın “1News” nəşri tərəfindən dərc edilən şərhdə deyilir.
Ermənistan rəsmiləri bu cür müqavilə müddəalarının mövcudluğunu qətiyyətlə inkar edirlər.
İrəvanda mətbuat konfransı zamanı jurnalistlərin sualına parlamentin spikeri Alen Simonyan belə cavab verib: “Absurddur, bunu ilk dəfə sizdən eşidirəm”.
“Bu müzakirə edilmir və müzakirə oluna bilməz”, - Simonyan əsas məsələyə toxunaraq əlavə edib.
Anlaşılan odur ki, müqavilədə ölkədən çıxarılma maddəsinin olması xəbəri Moskvada çox diqqət çəkib, Rusiya mediası Ermənistan rəhbərliyinin təkziblərini tirajlayıb.
Azərbaycanın iddia edilən açıqlamasının vaxtı Bakı ilə Kreml arasında gərginliyin növbəti yüksəlişi ilə üst-üstə düşür. Qarşılıqlı nifrətin sonuncu partlaması Azərbaycan lideri İlham Əliyevin mayın 9-da Moskvada Qələbə bayramını qeyd etməmək qərarıdır”.
Xarici KİV yazır ki, artan gərginlik Rusiyanın ötən ilin dekabrında Rusiyanın Çeçenistan səmasında Azərbaycanın mülki təyyarəsinin təsadüfən vurulmasına görə məsuliyyəti öz üzərinə götürməkdən imtina etməsi ilə bağlıdır:
“Deməli, müqavilənin nəzərdə tutulan müddəalarının elanı Bakının Rusiyanı ələ salmasının başqa bir variantı bilər.
Son vaxtlar Azərbaycan Rusiyanın regionda strateji mövcudluğunu azaltmaq istədiyinə dair çoxsaylı siqnallar verib. Mayın 19-da Azərbaycanın Müdafiə naziri Zakir Həsənov İsrailin Müdafiə naziri İsrael Katzla görüşmək üçün İsrailə səfər edib və hər iki dövlətin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu təsdiqləyib.
Azərbaycanın bu addımı həm də İrəvanın Rusiya ilə əlaqələri yaxşılaşdırmaq səylərini çətinləşdirir. Baş nazir Nikol Paşinyan hökuməti son 18 ayda ABŞ və Avropa İttifaqı ilə münasibətləri gücləndirərək, İrəvanın ənənəvi müttəfiqi olan Rusiyanı bu prosesdə əsəbləşdirərək, ölkənin geosiyasi variantlarını şaxələndirmə yolu tutdu. Lakin son vaxtlar Paşinyan, görünür, Ermənistanın siyasi təsir imkanlarını Azərbaycanın sülh müqaviləsini imzalamağa məcbur etmək istəyi ilə uzlaşdıraraq Moskva ilə münasibətləri düzəltməyə çalışıb.
İrəvanın təkzib etməsinə baxmayaraq, sülh müqaviləsi layihəsində iddia edilən əsas müddəa Moskvada xüsusi narahatlıq yarada bilər. Rusiya Cənubi Qafqazda Kremlin potensial olaraq siyasi təsir alət kimi istifadə edə biləcəyi güclü təhlükəsizlik mövcudluğunu saxlamağa can atır.
Mayın 18-də isə İran və Azərbaycan Qarabağda dördgünlük birgə hərbi təlimlərə başlayıb və bu, ikitərəfli təhlükəsizlik əməkdaşlığının nadir təzahürüdür. Təlimlər həm də uzun müddətdir Tehranla möhkəm əlaqələr saxlayan İrəvana zərbə vurmaq deməkdir.
Mayın 17-də İranın paytaxtında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə İranın Xarici işlər naziri Abbas Əraqçi “çoxdan gözlənilən sülh müqaviləsinin tezliklə bağlanmasına çağırıb”.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 May 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri