Icma.az
close
up
RU
Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır Təcili hərəkətə keçilməlidir

Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır Təcili hərəkətə keçilməlidir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Qazaxıstan ətrafında son vaxtlar müşahidə olunan gərginlik və Rusiyanın bu ölkəyə qarşı sərgilədiyi ritorika yalnız ikitərəfli münasibətlərin pozulması kimi yox, həm də daha geniş geosiyasi kontekstdə – Türk Dövlətləri Təşkilatına (TDT) yönəlmiş təzyiq strategiyası kimi qiymətləndirilir.

Rusiya Prezidenti Vladimir Putinin son çıxışlarında Qazaxıstanın suverenlik siyasətinə yönəlik açıq və ya dolayı mesajlar, xüsusilə Astananın türk dünyası ilə inteqrasiya səylərinin fonunda diqqət çəkir. Analitiklərə görə, Kreml bu yolla postsovet məkanında formalaşan yeni siyasi-iqtisadi ittifaqlara, xüsusilə də TDT-nin artan nüfuzuna qarşı əngəl yaratmaq niyyətindədir.

Qazaxıstan isə həm coğrafi mövqeyinə, həm də iqtisadi və siyasi potensialına görə türk dünyasında açar ölkə sayıldığından, ona qarşı hər cür təzyiq faktiki olaraq təşkilatın bütövlüyünə və inkişaf dinamikasına qarşı həmlə kimi qiymətləndirilə bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Rusiya dünya ictimaiyyəti tərəfindən təcrid olunduqca ətrafına qarşı daha aqressiv rəftar edəcək:

“Kreml düşünür ki, müdafiəyə ehtiyacı var. İstəyir ki, bütün postsovet ölkələri birmənalı şəkildə onun yanında dayanıb, müdafiə etsin. Buna görə də təzyiqləri artırır. Söhbət təkcə Qazaxıstandan getmir, bənzər təzyiqlər Özbəkistan, Azərbaycan və Moldovaya da edilir. Amma əks reaksiya verir, çünki heç bir müstəqil ölkə bu təzyiqləri qəbul etməz.

Həmçinin oxuyun:

Rusiyanın gözləmədiyi gerçəkləşdi, plan iflasa uğradı – Yeni təhdid

Turab Rzayev

Rusiyanın təcrid edilməsi və üstəlik buna rəğmən təzyiqə əl atması təbii olaraq bu ölkələri ondan uzaqlaşdırıb alternativ güc mərkəzləri ilə əməkdaşlığa sövq edir. Məsələn, Azərbaycanın Türkiyə, Pakistan, Aİ və ABŞ-la münasibətləri çox yaxşıdır. Qazaxıstan da Aİ və NATO ilə son illərdə yaxşı əlaqələr qurub”.

Politoloq qeyd edib ki, növbəti dönəmdə Rusiyanın həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya ölkələri ilə daha gərgin münasibətlərinin şahidi olacağıq:

“Rusiya özünə tabe etdirmə siyasəti yeritdikcə, bu ölkələr ondan uzaqlaşıb öz siyasi xətlərini tutacaqlar.

Hazırkı vəziyyət TDT-nin gələcəyi ilə bağlı qərar verməli olduğunu göstərir. Yəni təşkilat güclənməli, həmrəyliyi artırmalıdır. Yalnız bu yolla Rusiyanın təzyiqlərinə qarşı lazımi güc əldə edilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri