Icma.az
close
up
RU
Rusiyanın təxribatı

Rusiyanın təxribatı

Icma.az bildirir, 525.az portalına istinadən.

Pərvanə SULTANOVA
[email protected]

Xəbər verdiyimiz kimi, Rusiya Azərbaycanın Ukraynadakı enerji obyektlərinə növbəti dəfə zərbələr endirib. Şübhə yoxdur ki, Odessa şəhərində Azərbaycanın enerji obyektləri qəsdən hədəfə alınıb. Məqsəd həm Ukraynanı daha çətin vəziyyətə salmaq, həm də bu vasitə ilə Azərbaycana təzyiq göstərməkdir.

Rusiya silahlı qüvvələri Odessada SOCAR-a məxsus neft bazasına ilk hücumu avqustun 8-də edib, avqustun 18-nə keçən gecə növbəti dəfə “Şahed” tipli PUA-lar və raketlərlə Azərbaycanın enerji obyektlərinə zərbələr endirib. Nəticədə ərazidə güclü yanğın baş verib, 17 yanacaq çəni, nasosxana, operator otaqları və texniki binalar ciddi zərər görüb, ərazinin hasarı dağılıb. Daha əvvəl isə Rusiya ordusu Azərbaycan qazının Ukraynaya tədarükünü həyata keçirən Trans-Balkan qaz kəmərinin əsas elementi olan Orlovka yaxınlığındakı qazpaylayıcı stansiyaya hücum edib.

Moskva təkcə Azərbaycanın enerji obyeklərini hədəfə almayıb. Eyni zamanda, düşmənçilik xarakteri daşıyan digər addımlar da atır. Son aylar ərzində Rusiyada yaşayan, hətta bu ölkənin vətəndaşları olan soydaşlarımıza təzyiqlər göstərilir, bir sıra diaspor rəhbərləri heç bir əsas olmadan deportasiya edilir, barələrində cinayət işi açılır, onların sahibkarlıq fəaliyyətinə süni əngəllər yaradılır, qanunsuz müdaxilələr edilir, obyektləri bağlanır. Təbii ki, bütün bunlar Rusiyada şovinizmin, dini və milli ayrı-seçkiliyin, islamofobiyanın nümunələridir. Təəssüf ki, Rusiya dövləti öz siyasətində hər zaman bu elementləri üstün tutub və qisasçılığa əl atıb.

Rusiya-Azərbaycan münasibətlərində hazırda mövcud olan soyuqluğun səbəbkarı da məhz Moskvanın özüdür. Ötən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Ru­siya səmasında vurulmasında keçən müddət ərzində Moskva nəinki öz məsuliyyətini dərk edib, üzərinə düşən öhdəlikləri yerinə yetirdi, əksinə, ardıcıl olaraq münasibətləri pisləşdirən addımlar atdı. Bakı öz tələblərində tamamilə haqlıdır və  bunun qəsdən törədildiyini hesab etmir.

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə zamanı bir daha bu məsələyə toxunaraq deyib: “Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”.

Rusiya bunu etiraf edib, vaxtında üzərinə düşən addımları atmaqla qonşuluq prinsiplərinə, iki ölkənin münasibətlərinə hörmət göstərdiyini nümayiş etdirə bilərdi. Amma yenə də şovinizmə üstünlük verdi, gərginlik yaradan addımlar atmağa başladı.

SOCAR-ın Ukraynadakı obyektlərinə hücumlar da həmin addımların davamıdır.

Mövzu ilə bağlı “525”ə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Rusiya tərəfindən Azərbaycanın enerji obyektlərinə qarşı ilk dəfə deyil hücum həyata keçirilir: “Artıq neçənci dəfədir ki, bu, baş verir. Rusiyanın bu addımı, eyni zamanda, beynəlxalq hüquqa qarşı yönəlmiş cinayət əməlidir və iki ölkə arasında münasibətlərə xələl gətirir”.

Bu məsələdə bir neçə məqama diqqət çəkən deputat söyləyib ki, ilk növbədə Rusiya bununla Ukraynanı cəzalandırır: “Ukraynanın enerji strukturunu məhv etməklə ölkəyə təzyiqləri artırmağa çalışır. Digər tərəfdən isə Azərbaycanın bu fəaliyyətinə mane olmağa, ölkəmizdən neft və qazın Ukraynaya tədarükünün qarşısını almağa cəhd göstərir. Heç şübhəsiz ki, bu, ciddi bir məsələdir və münasibətlərimizə də ciddi xələl gətirir. Təbii ki, Azərbaycan da bu prosesləri çox yaxından izləyir və xüsusi diqqətdə saxlayır”.

Deputat söyləyib ki, Rusiya tərəfi bu cür addımlara son qoymalıdır: “Çünki bir daha qeyd edirəm ki, belə hərəkətlər ikitərəfli müasibətlərə ciddi xələl gətirir. Azərbaycan bu istiqamətdə gərəkən addımları atır və cavab vermək hüququnu da özündə saxlayır. Biz çox istərdik ki, Rusiya tərəfi bu cür addımlara, təxribatlara son qoysun”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli isə “525”ə deyib ki, Rusiyanın Ukraynada SOCAR-ın obyektlərinə davamlı olaraq zərbələr endirməsini birmənalı şəkildə düşməncəsinə hərəkət kimi dəyərləndirmək olar: “Bu, Rusiya ilə Azərbaycan arasında son illərdə formalaşmış münasibətlərin ruhuna və iki ölkə arasında 2022-ci ildə imzalanmaış müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə tamamilə ziddir”.

Ekspert əlavə edib ki, bu zərbələr davamlı xarakter alıb: “Həm zərbələr endirirlər, eyni zamanda, Azərbaycanın neft və qazı çirkləndirilib, böyük ehtimalla və ciddi şübhələr var ki, bunu Rusiyanın xüsusi xidmət orqanları edib. Düşünürəm ki, bütün bunlar bir zəncirin ayrı-ayrı həlqələridir”.

M.Məmmədli söyləyib ki, buna paralel olaraq son zamanlar Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlər artıb: “Bütün bunlar niyə edilir? Hər halda hesab edirəm ki, əsas məqsəd ölkəmizə təzyiq göstərmək, Azərbaycanı müstəqil xarici siyasətdən imtinaya vadar etməkdir. Düşünmürəm ki, Rusiyanın bu təzyiqləri bir nəticə versin. Azərbaycan güclü dövlətdir, qalib dövlətdir, müstəqil xarici siyasət həyata keçirir. Dünyada kifayət qədər güclü tərəfdaşları, müttəfiqləri var, belə bir dövlətlə təzyiq, təhdid dilində danışmaq Rusiya üçün heç bir nəticə verməyəcək. Rusiyada bunu nə qədər tez anlasalar, bir o qədər həm də öz xeyirlərinə olar”.

M.Məmmədli əlavə edib ki, Azərbaycan Rusiyanın bu addımlarına qarşı əks cavablar vermək iqtidarındadır: “Fikrimcə, əgər Rusiya ölkəmizə qarşı düşməncəsinə fəaliyyətini, təzyiq siyasətini davam etdirsə, Azərbaycan da adekvat olaraq müəyyən addımlar ata bilər. İlk növbədə düşünürəm ki, rəsmi Bakı tərəfindən həm siyasi sahədə, həm də digər sahələrdə əlaqələrin səviyyəsi xeyli aşağı salına bilər.  Moskvada nəzərə almalıdırlar ki, bu cür addımlar rəsmi Bakını elə qərarlar qəbul etməyə vadar edər ki, bu, Rusiya üçün də gözlənilməz olar. Yəni daha dəqiq desək, Moskva üçün vacib olan məsələlərlə bağlı rəsmi Bakı Rusiyanın gözləmədiyi addımları ata bilər. Ona görə də Rusiya hakimiyyəti vəziyyətin həssaslığını nəzərə almalıdır və ölkəmizə qarşı təzyiq siyasətindən imtina etməlidir. Azərbaycan heç bir dövlətlə, o cümlədən də Rusiya ilə problemlər axtarmır, münasibətləri gərginləşdirmək niyyəti yoxdur. Bunu dəfələrlə ölkə rəsmiləri, cənab Prezident qeyd edib. Sadəcə olaraq biz bərabərhüquqlu tərəfdaş kimi Rusiyadan özümüzə hörmət gözləyirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see290

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see230

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see227

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see221

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see219

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see218

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see216

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see197

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see197

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see174

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see166

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see165

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see163

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see162

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see161

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see161

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see160

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see158

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see157

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri