Icma.az
close
up
RU
“Rusiyanın təyyarə qəzası ilə bağlı mövqeyi Azərbaycanla münasibətlərə zərbə vurur” Politoloq

“Rusiyanın təyyarə qəzası ilə bağlı mövqeyi Azərbaycanla münasibətlərə zərbə vurur” Politoloq

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından artıq altı aya yaxın vaxt keçməsinə baxmayaraq, bir sıra suallar qalmaqdadır. Hətta ibtidai istintaqın nəticələri də dərc olunub. Həmin nəticələrdən aydın şəkildə görünürdü ki, təyyarəyə kənar müdaxilə edilib”.

Bu barədə 525.az-a politoloq İlyas Hüseynov Rusiya tərəfinin Azərbaycan təyyarəsi ilə bağlı məsələni uzatması, Bakının tələblərini yerinə yetirməməsi barədə danışarkən deyib.

Politoloq xatırladıb ki, hətta qəlpələr, raketin hansı modeldə olması, harada yerləşməsi, hansı vaxt aralığında təyyarəyə zərbə endirilməsi, hadisə şahidlərinin ifadələri, təyyarənin qalıqları üzərindəki izlər və bir sıra digər mühüm faktoloji baza dərc edilib. Bütün bunlar açıq mənbələrdə də var:

“Buna görə biz qazaxıstanlı qardaşlarımıza təşəkkür edirik ki, onlar məsələyə obyektiv, şəffaf şəkildə baxılmasında iştirak ediblər. İstintaq orqanları işə cəlb olunub. Lakin hadisənin günahkarları hələ də cəzalandırılmayıb və məsuliyyətə cəlb olunmayıblar. Bu, bir tərəfdən təəssüf doğuran məsələdir, digər tərəfdən Rusiya ilə Azərbaycan arasında münasibətlərə də zərbə vurur. Hətta biz təyyarə qəzasından sonra Rusiya tərəfindən ölkəmizə qarşı hücumların təşkil olunduğunu da gördük. Rusiya parlamentinin bəzi deputatları Azərbaycanla əleyhinə fikirlər səsləndirdilər, kiberhücumlar təşkil edildi, bununla bağlı yaxın günlərdə rəsmi məlumatlar açıqlandı. Ən son hadisə isə Azərbaycan parlamentinin deputatı Azər Badamovun Moskvadan Həştərxana gedən reysdə hava limanında saxlanılması, uçuşuna icazə verilməməsi və  deport edilməsi ilə bağlıdır. Əlbəttə ki, bütün bunlar münasibətlərə böyük zərbə vurur”.

İ.Hüseynov xatırladıb ki, bu cür addımlar 2022-ci il 22 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə, onun ruhuna və prinsiplərinə ziddir:

“Hesab edirəm ki, Moskva məsələni gərginləşdirməyə çalışmamalı, dinc yolla, danışıqlarla bütün məsələləri sivil qaydada, mehriban qonşuluq siyasəti çərçivəsində həll etməyə çalışmalıdır”.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə raket zərbəsindən sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 07 May 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri