Rusiyanın yerini Türkiyə dolduracaq, İsrail isə... KİV
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın avqustun 9-dan etibarən Hmeymim və Tartus aviabazalarını Suriyaya təhvil verməsi Türkiyə üçün bir növ fürsətə çevrilib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Eurasia Review” nəşri məlumat yayıb.
Bildirilib ki, NATO mənbələrinə əsasən Tartus iyun ayından bəri boşdur, lakin Rusiya hələ də hərbi əməkdaşlıqdan danışır və bəzi heyətin orada qala biləcəyinə işarə edir.
Moskvanın regionda 55 illik mövcudluğunun azaldığı vurğulanan yazıda İsrailin də narahatlıqları qeyd olunub:
“İsrailin Suriya ilə bağlı hazırkı narahatlıqları ölkənin cənubundakı qoşunlarına qarşı hücumların qarşısını almaq və Türkiyənin onlar üçün təhlükə yarada biləcək hərbi dayaq nöqtəsi əldə etmək cəhdlərinin önünə keçməkdən ibarətdir".
Eyni zamanda qeyd olunub ki, Türkiyə Rusiyanın geri çəkilməsi nəticəsində yaranan boşluğu getdikcə daha çox doldurur:
“Əsəddən sonrakı Suriya hökuməti Türkiyə ilə sıx hərbi əlaqələr qurub və bu, Suriyanın hərbi imkanlarının bərpasına kömək edib”.
Qeyd olunub ki, Rusiyanın Suriyadan və bunun nəticəsində bütün Yaxın Şərqdən faktiki geri çəkilməsi İsrail üçün diplomatik və hərbi baxımdan müsbət bir proses kimi görünsə də, startejik olaraq bu, Türkiyənin təsiri altında olan bir Suriyanın meydana çıxmasını təşviq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 12 Sentyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















