Icma.az
close
up
RU
Rusiyanın ZAES in bloklarını öz enerji sisteminə qoşmağına iki addım qalıb

Rusiyanın ZAES in bloklarını öz enerji sisteminə qoşmağına iki addım qalıb

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Ruslar Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) bütün altı blokunu generasiya rejimində yenidən işə salmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın İşğal Araşdırmaları Mərkəzinin rəhbəri Pyotr Andryuşenko bildirib.

"Ruslar texniki baxımdan Zaporojye AES-in su ilə təminatı məsələsini həll ediblər və bütün 6 bloku generasiya rejimində yenidən işə salmağa hazırlaşırlar", Andryuşenko yazıb.

Onun sözlərinə görə, Rusiya prezidentinin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko 4 sentyabrda stansiyanın yerləşdiyi işğal olunmuş Enerhodar şəhərinə gedib, burada generasiyanın işə salınma müddətləri və texniki məsələlər müzakirə olunub.

"Rusların təyin etdiyi ZAES rəhbəri su (yəni reaktorların soyudulması) problemini necə həll edəcəklərini ətraflı izah edib. Yəni dəfələrlə vurğuladığımız kimi, Rusiyanın generasiyanı bərpa edib ZAES-i öz enerji sisteminə qoşmağına iki addım qalıb. Bu, müasir Rusiyanın neokolonializmidir", – Andryuşenko qeyd edib.

O, həmçinin rus KİV-lərində yayılan məlumatların skrinşotlarını və Kiriyenkonun "rəhbəri" dinlədiyi videonu dərc edib. Videoda rəhbər soyutma gölməçələrinin işləməsi üçün lazım olan avadanlığın "alınma mərhələsində" olduğunu bildirir.

Bundan əlavə, Andryuşenko diqqət çəkib ki, rus KİV-lərinə görə, "Rosatom"un rəhbəri Aleksey Lixaçovun ehtimalına görə, ZAES-in bir hissə gücü "beynəlxalq əməkdaşlığın mövzusu" ola bilər.

"ZAES barədə nöqtə qoymaq üçün deyirəm. Bəli. Ruslar ABŞ-la birgə istismar məsələsini göründüyündən daha aktiv şəkildə irəli aparırlar. Və bunu açıq şəkildə deyirlər", – Mərkəzin rəhbəri vurğulayıb.

Rus KİV-ləri Lixaçovdan belə sitat gətirir: ZAES-də "qarışıq yanacaq var: iki reaktorda rus yanacağı qalıb, dördündə isə amerikalıların. Təbii ki, bu da amerikalılarla danışıqların mövzusu ola bilər, bizə başqasınınkı lazım deyil, amma prinsipcə bu, əməkdaşlıq predmeti ola bilər. Yanacağın sahibi bizə yaxşı məlumdur – "Westinghouse” şirkəti. Yaxın dövrlərə qədər onlarla işgüzar təmaslarımız olub, siyasi qərar olarsa, davam etdirməyə hazırıq".

Bəs ABŞ-ı ZAES-in idarəsinə cəlb etmək olarmı?

UNIAN yazır ki, Vladimir Putin Slovakiya baş naziri Robert Fiko ilə söhbətində Rusiya işğal etdiyi Zaporojye AES-də ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib. Ukrayna parlamentinin Energetika və kommunal xidmətlər komitəsinin üzvü, "Xalqın Xidmətçisi" fraksiyasının deputatı Sergey Naqornyak isə deyib ki, ABŞ-ın ZAES-in idarəsinə cəlb edilməsi yalnız atom elektrik stansiyasının Amerikaya satılması halında mümkündür. Lakin onun sözlərinə görə, Ukrayna hələ bunu edə bilməz, çünki enerji obyekti işğal altında olan ərazidə yerləşir.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri