ABŞ Rusiyanın ZAES yaxınlığında MAQATE avtomobilinə hücumunu qınadı
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
ABŞ Rusiyanın Zaporojye Atom Elektrik Stansiyası (AES) yaxınlığında Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) məxsus avtomobilə pilotsuz uçuş aparatı ilə hücum etməsini kəskin şəkildə qınayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink "X" (Twitter) sosial şəbəkəsindəki bəyanatında qeyd edib.
Bricit Brinkin sözlərinə görə, 10 dekabr tarixində Rusiya pilotsuz təyyarəsi Zaporojye AES yaxınlığında MAQATE avtomobilini vurub. Hücum nəticəsində avtomobilin içərisindəki heyət üzvlərindən heç biri xəsarət almayıb.
"Sağ qalan heyət Avropanın ən böyük atom elektrik stansiyasının Rusiya tərəfindən işğalı şəraitində nüvə təhlükəsizliyini təmin etmək üçün orada idi. Belə hücumlar qlobal nüvə təhlükəsizliyini təhdid edir və biz bunları qəti şəkildə pisləyirik", – deyə o bildirib.
•Qeyd edək ki, avqust ayında Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Zaporojye AES ərazisində yanğın törətdiyini bəyan edib və MAQATE-ni, həmçinin beynəlxalq ictimaiyyəti bu hadisəyə reaksiya verməyə çağırıb.
•Estoniyanın xarici işlər naziri Markus Tsaxkna bildirib ki, Zaporojye AES-də qəza təhlükəsi Ukrayna öz nəzarətini və ərazi bütövlüyünü bərpa etmədikcə ciddi bir reallıq olaraq qalacaq.
•Avstriyanın kansleri Karl Nehammer isəZaporojye AES ətrafında baş verən yanğın fonunda gərginliyin azaldılması və danışıqların aparılması çağırışı edib.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 11 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















