Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Rusiyanın zülmət səltənətini nurlandıran bəstəkar

Rusiyanın zülmət səltənətini nurlandıran bəstəkar

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1850-ci ildə, Pyotr İliç Çaykovskinin 10 yaşı olan zaman dekabristlərdən hələ sağ qalmış sonuncu adamlar, keçən əsrin birinci rübünün ən namuslu, ən istedadlı, qabaqcıl rus ziyalıları Sibirdə və Qafqazda yavaş-yavaş sönüb gedirdilər. Rus inqilabçılarının ikinci nəsli katorqa həbsxanalarında ölür, dəli olur, qüvvədən düşürdülər. Şevçenko Xəzərətrafı susuz səhralarda əsgərlik edirdi. Şair Pleşşeyev sürgün vaxtını Orenburq xüsusi batalyonunda keçirirdi. Sonralar Çaykovski onun şeirlərinə bir sıra romanslar bəstələmişdi. Dostoyevski Omsk həbsxanasında katorqa işləri görərək cəzasının nə vaxt bitəcəyini gözləyirdi.

I Nikolayın əmrilə “Olmuşlar, olacaqlar, düşüncələr” əsəri ilə tanıdığımız Gertsen qiyabi olaraq ömürlük sürgünə məhkum edilmişdi. İmperatorun göstərişi ilə böyük rus dramaturqu Ostrovski polis nəzarəti altına alınmışdı.

Qərbdə baş verən 1848-ci il inqilabi hadisələrindən və Rusiyanın özündə inqilabi yüksəlişin ilk əlamətlərindən sonra senzura nəzarəti elə güclənmişdi ki, rus ədəbiyyatının tezliklə məhv olması təhlükəsi yaranmışdı. Feodal-təhkimçi idarə üsulu can verməkdə idi və öz labüd ölümünü, nəyin bahasına olursa-olsun, uzatmağa çalışırdı.

Belə bir zamanda 10 yaşlı bir uşaq həyatında ilk dəfə olaraq Qlinkanın dahiyanə operasını dinləyirdi. Gələcəkdə böyük bəstəkar olacaq bu uşağın hafizəsində “İvan Susanin” operası silinməz iz qoydu. Sonralar I Nikolayın şəxsi arzusu ilə bu əsərin adı dəyişdirilərək “Çar yolunda” qoyulmuşdu. Qlinkanın musiqisi Çaykovskinin yetişməsinə vəsilə oldu.

Pyotr Çaykovski 1840-cı ilin 25 aprelində anadan olub. Atası İlya Petroviç dağ mühəndisi idi və gələcək bəstəkar anadan olmamışdan 3 il əvvəl Kama-Votsinsk dağ dairəsinin rəisi təyin olunmuşdu. Çaykovski də bu fəhlə qəsəbəsində dünyaya gəlmişdi.

Pyotr İliçin ulu babası Fyodor Afanasyeviç XVIII əsrin əvvəllərində I Pyotrun qoşunlarında xidmət etmiş, yüzbaşı rütbəsində aldığı yaradan dünyasını dəyişmişdi. Bəstəkarın atası İlya Petroviçin bir səciyyəvi xüsusiyyəti bütün həyatı boyu teatra və musiqiyə bəslədiyi ehtiraslı marağı olub. Bacısı Yekaterinada qeyri-adi musiqi istedadı vardı, o, həmyaşıdları arasında həvəskar müğənni kimi də tanınırdı. Balaca Pyotrı ilk dəfə fortepiano yanına gətirən anası olub. O, anasının zümzümə etdiyi mahnılarla böyüyürdü və bu uşaq üçün anasının oxuduğu mahnılardan gözəl mahnılar yox idi.

Atası istefaya çıxdıqdan sonra onların ailəsinin sıxıntılı günləri başlanır. Ailə əvvəl Moskvaya, sonra isə Peterburqa köçür. Peterburqa gələn kimi onun üçün Filippov familiyalı yaxşı bir musiqi müəllimi axtarıb tapdılar. Eyni zamanda onu xüsusi pansiona verdilər. 1848-ci ilin dekabrında keçirdiyi qızılca xəstəliyi gözlənilmədən onun əsəb sisteminin pozulmasına, ürəkkeçmə xəstəliyinə tutulmasına səbəb olur. Bu xəstəlik ona irsən keçmişdi, babası da ürəkkeçmə xəstəliyindən əziyyət çəkirdi.

Bir il sonra onlar Urala köçürlər. 1850- ci ildə Pyotr Peterburqdakı hüquq məktəbinin hazırlıq sinfinə daxil olur. Məktəb qapalı tədris müəssisəsi olsa da burada tərbiyə işləri bir növ ev tərbiyəsi xarakteri daşıyırdı. Bəxtindən burada musiqiyə çox böyük əhəmiyyət verirdilər.

Hüquq məktəbində, təxminən, 9 il oxudu. Çaykovski bu dövrdə bir dəfə də olsun cəzaya məruz qalmamış, karserə salınmamışdı. Onunla birlikdə oxumuş A.V.Mixaylov adlı bir şəxs xatırlayır ki, Çaykovski vaxtını saatlarla musiqi otağında royal arxasında keçirirdi. Onun ruhi inkişaf prosesi və yetkinləşmə dövrü çox namünasib şəraitdə keçirdi. Hüquq məktəbi onun musiqi inkişafını xeyli ləngitmişdi.

Vaxtının çoxunu musiqiyə həsr edən bəstəkar Puşkinin və Afanasi Fetin sözlərinə bir neçə romans bəstələyir. O, boş vaxtlarını musiqiyə sərf edir. Mənəvi zənginliyi onu xilas edir. Bəstəkarlıq niyyətlərini həyata keçirmək üçün kübar cəmiyyətindəki əyləncələrdən ayrılır və vaxtını, enerjisini yaradıcılığa sərf edir.

1861-ci il payızın axırlarında Çaykovski musiqi nəzəriyyəsini öyrənməkdən ötrü rus musiqi cəmiyyəti Peterburq şöbəsinin nəzdindəki musiqi sinfinə daxil olur. Peterburq Konservatoriyasının banisi Anton Qriqoryeviç Rubinşteyn onun musiqi təhsilinin zənginləşməsində böyük rol oynayır.

Çaykovski sinifdə başqalarından kənarda əyləşər, əllərini döşündə çarpazlayıb hər sözü diqqətlə izləyərdi. O, şagird orkestrlərində, habelə xüsusi konsertlərdə fleytaçı kimi uğurla çıxış edirdi. Rubinşteynin keçdiyi məşğələlərdə o, nəinki musiqi haqqında danışmağa qadir olan, həmçinin onu yaratmaq iqtidarında olan bir sənətkarı görürdü.

Beləliklə, Çaykovski tərk etdiyi qulluğun əvəzində böyük sənətə yiyələndi, bəstəkarlıq texnikasını mənimsədi. Hətta sonralar müəlliminin məsləhəti ilə konservatoriyadan kənarda fortepianodan, musiqi nəzəriyyəsindən dərs deməyə başladı.

Onun yaradıcı dühası parlayırdı. Çaykovskinin ilk böyük əsəri olan “Qış xəyalları” simfoniyası Rubinşteynin məsləhəti ilə yazılmış və ona həsr olunmuşdur. Bu əsər həm də bəstəkarın Moskva dövrünün başlanğıcıdır. Bəstəkar sonrakı illərdə “Yevgeni Onegin”, “Cadugər qadın”, “Qaratoxmaq qadın” əsərlərini yaratdı.

Çaykovskinin Rusiyadakı şöhrəti “Opriçnik” operası ilə başlanır, lakin bu əsər qadağan olunur. Belə hesab edirlər ki, əsərin məzmunu inqilabi ruh daşıyır. Çaykovski də bütün yaradıcı insanlar kimi tənhalığa meyilli olub. Məşğələlər zamanı nəinki insanlar, hətta sevimli iti də ona mane olurdu. O, orta hesabla gündə 8 saata yaxın işləyirdi. Bəstəkar həm də yorulmadan mütaliə edir, Qoqolun, Tolstoyun, Turgenevin, Ostrovskinin, Floberin əsərlərini qiraət edirdi.

İstər hərf, istər not olsun, fərqi yoxdur, o, çox sürətlə yazır və oxuyurdu. Gündəlik rejimə alışdığından o, tənbəlliyin nə olduğunu bilmirdi. Amma nə qədər lazımdırsa, istirahət edir, bir dəqiqəsini belə hədər itirmirdi. Zehni əməyin bu yüksək mədəniyyəti, ciddi şəxsi intizam Çaykovski üçün çox vacib idi.

1887-ci ildə ilk dəfə olaraq xarici ölkələrə konsert səyahətinə çıxan Çaykovski Hamburqda, Berlində, Praqada, Parisdə və Londonda öz əsərlərindən ibarət və özünün idarə etdiyi konsertlər verir. Onun bundan sonrakı həyatı dünyanın müxtəlif ölkələrində konsertlər verməklə keçir. Bəstəkar 1893-cü ilin oktyabrında vəba xəstəliyindən dünyasını dəyişir.

Kənan HACI,
yazıçı-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri