Icma.az
close
up
RU
Uzun zülmət gecə...

Uzun zülmət gecə...

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Yarım əsr geriyə qayıdıb 2000-ci illər haqqında o vaxtın proqnozlarından birinə diqqət edək.

"Bədbəxtlikdən insanların əksəriyyəti haraya getdiyini anlamır. Onlar hələ də birinci sənaye inqilabının kateqoriyaları ilə fikirləşir. Onlar 50 il əvvəllə müqayisədə maşınların daha çox və daha yaxşı olduğunu görür, bunu tərəqqi hesab edir. Onlar inanır ki, birbaşa siyasi təqiblərin yoxluğu şəxsiyyət azadlığından xəbər verir. Onlar 2000-ci ilə Orta əsrlərin sonundan bəri insanın bütün istəklərinin reallaşacağı tarix kimi baxırlar və görmürlər ki, 2000-ci il insanın azadlıq və xoşbəxtlik uğrunda mübarizəsinin kulminasiyası yox, insanın insanlığını itirərək düşüncəsiz və hissiyyatsız maşına çevriləcəyi dövrün başlanğıcı olacaq”.

Bu cümlələr məşhur filosof-neomarksist Erix Frommun 1968-ci ildə işıq üzü görmüş "Ümidin inqilabı” kitabındandır. Fromm əsərində ikinci sənaye inqilabının və texnoloji cəmiyyətin antihumanizmindən bəhs edərək 21-ci əsrin proqnozunu verir. Unutmayaq ki, hazırda dördüncü sənaye inqilabından söz açırlar. Deməli, nəticələr də Frommun proqnozlaşdırdığından daha ağır olmalıdır.

Frommu oxuduqda həm də ona əmin olursan ki, bu gün rastlaşdığımız Yeni Orta əsr düşüncə adamları üçün heç də gözlənilməz deyildi, əksinə, onu qabaqcadan görürdülər. Deməli, indi baş verənlər də müvəqqəti hal yox, uzun illərdir gəlinən yolun nəticəsidir. Yəni, qısamüddətli deyil.

Əgər birinci sənaye inqilabında canlıların enerjisi (insan və heyvanların enerjisi) mexaniki enerji ilə əvəz edilirdisə, ikinci inqilabda insan düşüncəsi yerini maşın düşüncəsinə verir. Fromm yazır: "Əgər komformizmlə xəstələnmiş və gedonist materializm prinsipləri ilə istiqamətləndirilən cəmiyyətdə dayana bilsəydik, vəziyyət bu qədər təhlükəli olmazdı. Ancaq biz yeni tip cəmiyyətə və yeni tip insan həyatına doğru gedirik. Sürətlə yaxınlaşdığımız yeni cəmiyyətin hələlik yalnız əvvəlini görürük”.

Frommun 1968-ci ildə "əvvəlini gördüyü” qeyri-humanist cəmiyyət 2000-ci illərdə tamamilə bərqərar oldu. Və o, Tomas Hobbsun Leviafanı da deyil. O,  daha çox insanın həyatını qurbanlıq tələb edən Moloxdur. Onu peşəkar sosioloq və psixoloqlardan daha yaxşı öz antiutopiyalarında Corc Oruell və Oldos Xaksli təsvir edib.

Fromm ona görə yanılmadı ki, bu günkü texnotron cəmiyyətin, rəqəmsal əsarətin və total antihumanizmin bütün praktik bazası artıq onun dövründə formalaşmışdı. Yalnız faktları toplamaq, analiz etmək, artıq unudulan dialektik metoddan yararlanmaq qalırdı. Fromm anlayırdı ki, əsasında dehumanizasiya dayanan texnoloji sistem qaranlıq orta əsrlərə aparıb çıxaracaq - əgər cəmiyyət müqavimət göstərməsə. 

Texnoloji sistemin əsasında isə iki prinsip var. Bu prinsiplər ona cəlb olunanların hamısının fikir və cəhdlərini istiqamətləndirir. 

Birinci prinsip bu cürdür:  əgər nəyisə reallaşdırmaq texniki cəhətdən mümkündürsə, o reallaşdırılmalıdır. Məsələn, hamımızı məhv etmək gücündə olsa da, atom bombası yaradılmalıdır. Yaxud, Aya yollanmaq texniki cəhətdən mümkündürsə, bu, insanların Yerdəki bir çox tələbatlarının ixtisara  salınması bahasına başsa gəlsə belə reallaşmalıdır. Bu prinsip humanizm ənənələrindəki bütün dəyərlərin üstündən xətt çəkir. Çünki, humanizmə görə bizim etdiklərimiz insanı daha gözəl, daha yaşı, azad və güclü etməli, onun inkişafına yardımçı olmalıdır.  Əgər texniki mümkün hər şey reallaşmalıdır prinsipi qəbul olunursa, yerdə qalan bütün dəyərlər unudulur, texnoloji inkişaf isə etikanın əsasına çevrilir.

İkinci prinsip - maksimum istehsal və daha çox məhsul prinsipidir. Buna nail olmaq üçün insanlar fərdilikdən məhrum edilir, onlar özlərini korporasiya ilə identifikasiya edirlər. Çünki, bu cür vahidləri idarə etmək asandır. İqtisadi effektivlik naminə dehumanizasiya kapitalizm üçün adi hadisədir.

Bu sistem insanı maşının vintinə çevirir, onun ritm və tələblərindən asılı hala salır. İnsan istehlakçıya çevrilir. Cəmiyyət saysız-hesabsız faydasız əşyalar istehsal edir və eyni dərəcədə də faydasız insanlar formalaşdırır. İstehsal mexanizminin vinti olan insan artıq sadəcə əşyadır və daha insan deyil. Bu isə o deməkdir ki, antihumanist texnoloji cəmiyyət bərqərar olur.

Yeni Orta əsr anaxronizm və təsadüf deyil. O, dünyanın sonu da deyil. Ancaq ona qısa epizod kimi baxmaq əsassız optimizmdir. Kapitalizm ona doğru uzun və heç də təsadüf olmayan yol gəlib. Və bu gecənin zülməti də çox uzun çəkəcək.

Keçmişə nəzər salıb İntibah dövrünü və humanistləri, ensiklopedistləri və Böyük Fransa İnqilabını, elm, səhiyyə və təhsilin yüksəlişi dövrlərini, Oktyabr İnqilabının bəşəriyyətə verdiyi nəhəng enerjini və böyük ümidləri yada salanda bu uzun yolun qaranlıq Orta əsrlə nəticələndiyini anlamaq çox kədərlidir. 

Ancaq kədər silah deyil...

Məmməd Süleymanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyun 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri