Icma.az
close
up
RU

RusiyaUkrayna müharibəsinin kəskinləşməsi Azərbaycan iqtisadiyyatı nə qədər təsirlənəcək?

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“2022-ci ilin fevralında Rusiya ilə Ukrayna arasında başlayan müharibə, yalnız iki ölkənin deyil, qlobal iqtisadiyyatın strukturuna ciddi şəkildə təsir etdi. Rusiya ilə Ukrayna arasında baş verən müharibə, yalnız bu iki ölkə üçün deyil, bütün dünya üçün ciddi iqtisadi təsirlər yaradıb. Bu müharibə nəticəsində, qarşılıqlı ticari əlaqələr, iqtisadi və zəncirvari əlaqələr ciddi şəkildə pozuldu”.

Bunu Moderator.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib. 

İqtisadçının sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi bir çox ölkələrdə həm ərzaq təminatı, həm də strateji məhsulların qiymətlərinin yüksəlməsi ilə özünü büruzə verdi:

“Müharibənin təsirləri, yalnız qiymət artımları ilə məhdudlaşmadı. Rusiya-Ukrayna müharibəsi, dünya bazarlarında taxıl böhranına yol açdı. Ukraynanın dünyanın ən böyük taxıl istehsalçılarından biri olması, bu ölkənin müharibəyə cəlb olunması ilə əlaqədar olaraq, həm daxili bazarda, həm də qlobal miqyasda ciddi ərzaq tədarükü problemləri yaşandı. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərinin artmasına və qida təhlükəsizliyinin təhdid altına düşməsinə səbəb oldu. Bir neçə ay sonra taxıl tədarükünün sabitləşməsi ilə vəziyyət nisbətən normallaşdı, amma müharibənin gətirdiyi digər iqtisadi təlatümlər hələ də özünü göstərir.

Pandemiya dövrü isə qlobal iqtisadiyyatın üzləşdiyi növbəti böyük çağırış oldu. 2020-ci ildə COVID-19 pandemiyasının dünya üzərindəki təsiri, ticarət əlaqələrinin dayandırılması, istehsal zəncirlərinin pozulması və böyük iqtisadi tənəzzül ilə nəticələndi. Lakin pandemiyanın şiddətli təsiri azaldıqca, 2021-ci ildə dünya iqtisadiyyatı bərpa prosesi keçirməyə başladı. Bir çox ölkə pandemiyanın iqtisadi təsirlərini aradan qaldırmağa yönəldi və ilkin dövrlərdəki çətinliklər arxada qalmağa başladı. Lakin, bu bərpa prosesi çox uzun sürmədi. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə birlikdə iqtisadiyyat yenidən zəiflədi və bazarlarda qeyri-sabitlik daha da gücləndi. Pandemiya dövrü ilə müqayisədə müharibə daha uzunmüddətli və daha çox sektoru təsir edən nəticələrə səbəb oldu. Ərzaq, enerji, logistika və digər vacib sahələrdə yaranan təchizat problemləri və qiymət artımları, dünya iqtisadiyyatının sabitliyini təhdid etdi. Rusiya-Ukrayna müharibəsinin yaratdığı qeyri-müəyyənlik və bununla əlaqədar olaraq enerji, ərzaq və digər strateji məhsulların qiymətlərindəki dalğalanmalar, iqtisadi sabitliyi pozan başlıca amillərdən biri kimi qalır”.

Müharibənin Azərbaycan iqtisadiyyatının bir çox sahələrinə təsir göstərdiyini deyən iqtisadçı vurğulayır ki, qeyri-neft sektoru, pul köçürmələri və inflyasiya da bundan yan keçməyib:

“Bir neçə il öncə Azərbaycanda iki rəqəmli inflyasiyanın olması  məhz bu səbəbdən qaynaqlanır, çünki iki rəqəmli inflyasiya çox hallarda beynəlxalq bazarlarda baş verən bahalaşmalara bağlıdır. Azərbaycan da bu təsirlərdən yan keçə bilməmiş, müharibənin mənfi iqtisadi nəticələri ilə üzləşmişdir. Azərbaycanın iqtisadiyyatı əsasən neft və qaz ixracına dayanır, amma son illərdə qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirilməkdədir. Lakin Rusiya-Ukrayna müharibəsi səbəbindən Azərbaycanın qeyri-neft məhsullarının ixracı əvvəlki səviyyələrdə qalmayıb. Rusiya ilə əlaqələrin pozulması, həmçinin Rusiya üzərində tətbiq olunan beynəlxalq sanksiyalar nəticəsində Azərbaycanın Rusiyaya ixrac etdiyi qeyri-neft məhsullarının həcmi azalıb. Rusiya bazarına çıxışın məhdudlaşması, ölkəmizin qeyri-neft məhsullarının ixracını çətinləşdirib.Rusiya-Ukrayna müharibəsinin təsirləri Azərbaycan vətəndaşlarının Rusiya ilə əlaqədar fəaliyyətlərinə də mənfi təsir göstərib. Rusiyada çalışan çox sayda Azərbaycan vətəndaşı var və onların Azərbaycana göndərdiyi pul köçürmələri ölkənin iqtisadiyyatı üçün vacib bir gəlir mənbəyidir”.

Ekspertin sözlərinə görə, son dövrlərdə qızılın qiymətinin bahalaşması, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklərin artması ilə əlaqədar olaraq meydana gəlib:

“Bu gün qızıl, investorlar üçün ən etibarlı sərmayə vasitəsinə çevrilib və bu, Azərbaycanda da hiss olunur. Dövlət Neft Fondu, öz ehtiyatlarının bir hissəsini qızıla çevirərək riskləri azaltmağa çalışır. Belə ki, 2023-cü il ərzində ölkə xaricdən xeyli miqdarda qızıl alıb və Dövlət Neft Fondunun investisiya portfelinin 18 faizini qızıl təşkil edir. Bu, ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək və müharibə nəticəsində yaranan iqtisadi qeyri-sabitliklərə qarşı mübarizə aparmaq məqsədini daşıyır.

Neftin qiymətlərindəki dəyişkənlik, həmçinin müharibə ilə əlaqədar yaranan qeyri-müəyyənliklər, Azərbaycan iqtisadiyyatı üçün əlavə risklər yaratmaqda davam edir. Rusiya-Ukrayna müharibəsi, dünya bazarlarında ərzaq qiymətlərinin artmasına səbəb olub. Azərbaycan, xüsusilə ərzaq məhsullarında xarici tədarükə asılı olan bir ölkədir və bu, ölkəmizdə inflyasiya təzyiqlərinin artmasına gətirib çıxarıb. Ərzaq məhsullarının qiymətinin artması, əhalinin həyat səviyyəsinin pisləşməsinə və sosial gərginliklərə səbəb ola bilər. Müharibənin davam etməsi və daha da kəskinləşməsi  qlobal ərzaq böhranını daha da dərinləşdirə bilər və Azərbaycan da bu təsirlərdən daha çox zərər görə bilər. Buna görə də , müharibənin tez bitməsi arzu olunandır”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri