Rusiyaya atəşkəs üçün üç variant təklif etdi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya üç atəşkəs variantı təklif edib.
Yeniavaz.com “Strana.ua” portalına istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, Zelenski Rusiyaya hava atəşkəsinin elan edilməsini, enerji obyektlərinə zərbələrin dayandırılmasını və cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulmasını təklif edib.
Bundan əlavə, Ukrayna liderinin müşaviri Zelenskinin sülh danışıqlarına başlamaq üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, avqustun 3-də Zelenski Ukraynanın Rusiya ilə münaqişəni qışdan əvvəl bitirməyə çalışacağını bildirib. Bu baxımdan, o, ukraynalı diplomatlara Ukraynanın tərəfdaşları ilə xarici əlaqələrinə maksimum diqqət göstərməyi tapşırıb.
Zelenski həmçinin, qeyd edib ki, ölkənin sülhə nail olmaq üçün səylərinin nə vaxt uğur qazanacağını yüz faiz əminliklə demək mümkün deyil.
Digər tərəfdən, xarici hökumət rəsmiləri və diplomatlar Ukrayna münaqişəsinin 2026-cı il üçün sülh yolu ilə həlli perspektivinin olmadığına inanırlar. Bunun əsas səbəbi isə təklif olunan kompromis variantlarının nə Moskvanı, nə də Kiyevi qane etməsidir.
Bu mövzuda digər xəbərlər:Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif ETDİ
20 Aprel 2025 23:34
Zelenskidən atəşkəs üçün üç variant: Müharibənin taleyini dəyişə biləcək təkliflər
03 Avqust 2026 19:34
“Ukrayna Rusiyaya Qara dənizdə atəşkəs təklif etdi” − “Reuters”
13 Avqust 2026 22:46
Yuta klubu adı üçün üç variant seçib
30 Yanvar 2025 15:53
Rusiyaya qarşı sanksiyalar bu halda ləğv ediləcək: Stubb iki variant təklif etdi
21 Oktyabr 2025 19:12
Baxış sayı:144
Bu xəbər 03 Avqust 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















