Rusiyaya qarşı bunu araşdırırıq Tramp
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp administrasiyanın Rusiya və İranın neft-qaz ixracına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunun tətbiqi imkanlarını araşdırdığını bildirib.
Axar.az xəbər verir ki, bu barədə Tramp Nyu Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz, şübhəsiz ki, bunu araşdırırıq. Bu, çox sərt qanun layihəsidir”, – Tramp vurğulayıb.
Tramp, həmçinin Çin Sədri Si Szinpinlə görüşündə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar məsələsini müzakirə edə biləcəyini söyləyib.
Qeyd edək ki, bir neçə gün öncə Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənəddə Rusiyanın ticarət tərəfdaşlarına, o cümlədən Rusiya neft və qazının əsas alıcılarına qarşı 100 faizə qədər tariflərin tətbiqi imkanları nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 23 Sentyabr 2026 06:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















