Rusiyaya qarşı bütün NATO bloku döyüş aparır Rusiyanın xüsusi təyinatlı qüvvələrinin komandiri
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apta Alaudinov mətbuat konfransında ABŞ vətəndaşlarına müraciət edib.
Redaktor.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Onun sözlərinə görə, hazırda Rusiyaya qarşı bütün NATO bloku döyüş aparır.
“Amerika sakinləri başa düşməlidirlər ki, biz müharibə istəmirik. Dünyanın altıda biri bizim ərazimizdir, bizə başqa torpaq lazım deyil. Amma özümüzü müdafiə etməyə məcburuq. Biz sülh istəyirik, uşaqlarımızın sülh şəraitində məktəbə getməsini istəyirik,” – deyə Alaudinov bildirib.
Bundan əvvəl Alaudinov bildirmişdi ki, Ukrayna ordusunun cəbhədə verdiyi itkilər nəticəsində ölkəni demoqrafik fəlakət gözləyə bilər. O qeyd edib ki, Ukrayna rəhbərliyi kişi əhalinin məhv edilməsinə, küçələrdə tutulub ön xəttə göndərilməsinə biganə yanaşır.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Oktyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















