Icma.az
close
up
RU
“Rusiyaya qarşı sanksiyaların icra mexanizmində ciddi problemlər mövcuddur” HƏRBİ EKSPERT

“Rusiyaya qarşı sanksiyaların icra mexanizmində ciddi problemlər mövcuddur” HƏRBİ EKSPERT

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Şarm əl-Şeyx sammitindən sonra səslənən iddialara görə, Donald Tramp artıq Rusiyaya qarşı daha sərt təzyiqlərə başlaya bilər. Bu ehtimal real görünür, çünki indiyə qədər atılan addımlarda Tramp hesab edir ki, hər hansı bir nailiyyət, irəliləyiş və ya müsbət nəticə yalnız bəyanatlarla əldə edilmir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi eskpert Ədalət Verdiyev deyib:

“Məlumdur ki, Rusiyanı təkcə bəyanatlarla durdurmaq mümkün olmayıb — hətta Trampın özü belə buna nail ola bilməyib.

Bütün dünya Rusiya əleyhinə bəyanatlar verib, bir çox ölkələr sanksiyalar tətbiq edib, lakin bu, gözlənilən nəticəni verməyib. Hətta bəzi hallarda Trampın sərt bəyanatlarından az sonra Rusiya daha kütləvi hücumlara başlayıb — Ukraynanın dərinliklərinə, hətta qərb bölgələrinə belə zərbələr endirib. Sanki Trampın bəyanatları Rusiyada əks reaksiya doğurub.

Ukrayna prezidenti də, təbii ki, ölkəsinin 20 faizinin işğal altında olduğunu nəzərə alaraq vəziyyətin fərqindədir. Amma vəziyyəti dəyişmək üçün hansı addımların atılması vacibdir və bu addımlar atılırmı? Əslində, problemin kökü başlanğıcdan yanlışdır. Ukrayna qərb yönümlü bir ölkə olduğu və güclü NATO bloku mövcud olduğu halda, məhdud potensialla Rusiya kimi nüvə dövlətinə qarşı durmaq olduqca çətin idi.

Rusiya hələ də tam gücü ilə nüvə arsenalından istifadə etməyib. Onun ixtiyarında hipersürətli “Kinzhal”, “Reşnik”, X-101 kimi raketlər və qitələrarası ballistik silahlar var. Bu silahlardan bəzilərinin hələ rəsmi şəkildə silahlanmaya qəbul edilmədiyi halda döyüş meydanında istifadə olunduğunu da görmüşük”.

Ekspert qeyd edib ki, bu gün əsas məsələ enerji və iqtisadi asılılıqla bağlıdır:

“Neft hansı marşrutlarla Amerikaya daşınır, yaxud Çində və Avropada istehsal olunan pilotsuz uçuş aparatları üçün vacib ehtiyat hissələri, sensorlar necə olur ki, Rusiyaya çatır? Belə məlumatlar, hətta foto faktlar da var. Məlum olur ki, bu tədarük zəncirində Yaponiya, Cənubi Koreya və Avstriya kimi ölkələrin şirkətləri də yer alır.

Belə şəraitdə “pul gələn yerdə sanksiya tətbiq etmək asan deyil” prinsipi özünü doğruldur. Halbuki sanksiyaların məqsədi Rusiyanı məhdudlaşdırmaq idi. Lakin görünən odur ki, bu sanksiyaların icra mexanizmində ciddi problemlər mövcuddur”.

Şəbnəm Rəhimova 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri