Rusiyaya qarşı yeni sanksiya paketinə 190 a yaxın tanker daxil olacaq
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 17-ci paketinə müxtəlif ölkələrin bayraqları altında Rusiya neftini daşıyan 189 tankerə qarşı məhdudiyyətlər daxildir”.
Yeniavaz.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkə hesabında bildirib.
“Biz Rusiyanın enerji ixracatını vurmaq üçün 189 tankeri qara siyahıya salmışıq”, - o qeyd edib.
Bu o deməkdir ki, qara siyahıya düşən tankerlərin Aİ limanlarına girişi qadağan ediləcək və Avropa şirkətlərinə bu gəmilərlə hər hansı əməliyyatlar qadağan ediləcək.
17-ci sanksiyalar paketi çərşənbə günü Aİ səfirləri tərəfindən təsdiqlənib və indi bu məhdudiyyətlər Aİ-nin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir. Bunun mayın 20-də baş verməsi gözlənilir. Bundan sonra sanksiyalar qüvvəyə minəcək.
Digər tərəfdən, Aİ üçüncü ölkələr vasitəsilə anti-Rusiya sanksiyalarından yayınmada iştirak etdiyi iddia edilən 30 hüquqi şəxsə məhdudiyyətlər tətbiq edəcək.
Sanksiyalar həmçinin Rusiya hərbi-sənaye kompleksi ilə əlaqədə olduğu iddia edilən 75 fiziki şəxsi və şirkəti hədəf alacaq.
Bu mövzuda digər xəbərlər:Aİ nin Rusiyaya qarşı 17 ci sanksiya paketinə 150 tanker daxil ediləcək
06 May 2025 18:24
“Rusiyaya qarşı sanksiya paketinə İran da daxil edilə bilər” Tramp
17 Noyabr 2025 12:09
Macarıstan Rusiyaya qarşı sanksiya paketinə veto qoymayacaq Siyarto
22 Oktyabr 2025 19:19
Aİ ölkələrinin XİN başçıları Rusiyaya qarşı 19 cu sanksiya paketinə qayıdacaqlar
30 Avqust 2025 18:35
Baxış sayı:139
Bu xəbər 14 May 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















