“Mançester Siti”də qapıçı dəyişikliyi: Donnarumma oynamayacaq
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin “Mançester Siti” futbol komandası ölkə Liqa Kubokunun 1/8 final mərhələsində “Brayton”la keçirəcəyi oyuna əsas qapıçısı Canluici Donnarumma olmadan çıxacaq. İtaliyalı futbolçunun yerini argentinalı Xeronimo Rulli tutacaq.
İdman.Biz “VoetbalPrimeur” nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Entso Mareska mətbuat konfransında məlumat verib.
Mütəxəssis sıx oyun təqvimi səbəbindən bəzi futbolçulara istirahət verəcəklərini bildirib. O, Rullinin meydana çıxacağını təsdiqləyib.
“Buraya gəlməzdən əvvəl onunla danışmışdım. Rulli komandadakı rolunu bilir və bu, çox vacibdir. O, hər gün bizə böyük kömək edir. Meydana çıxdığı oyunlarda özünü yaxşı tərəfdən göstərib. Sabah da oynayacaq”, - deyə Mareska bildirib.
Bu, Rullinin “Mançester Siti”nin heyətində start heyətində meydana çıxacağı ikinci qarşılaşma olacaq. Argentinalı qapıçı daha əvvəl Liqa Kubokunda “Norviç”lə keçirilən və komandasının 5:0 hesablı qələbəsi ilə başa çatan matçda iştirak edib.
Qeyd edək ki, “Mançester Siti” - “Brayton” görüşü oktyabrın 28-də “Etihad” stadionunda keçiriləcək.
Baxış sayı:64
Bu xəbər 27 Oktyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















