Icma.az
close
up
RU
Rutte: Top indi Moskvanın meydançasındadır

Rutte: Top indi Moskvanın meydançasındadır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra Vaşinqtonun Rusiya və Ukrayna arasında sülh danışıqlarından geri çəkilmək niyyətində olmadığını və “top indi Moskvanın meydançasında” olduğunu bildirib. Məlumatı “Anadolu” verib. 

Vaşinqtona səfəri zamanı Rutte prezident Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Piet Heqsetlə görüşüb.

Ağ Evdəki danışıqlardan sonra jurnalistlərə açıqlama verən Rutte Tramp və Heqsetlə danışıqlarının “çox yaxşı” keçdiyini bildirib. O vurğulayıb ki, NATO-ya üzv ölkələrin, xüsusən də Avropa və Kanadanın müdafiə xərclərinin hazırkı səviyyəsi “ümidvericidir”. “Bu gün biz daha güclü, daha ədalətli və eyni zamanda, daha öldürücü gücə malik NATO-nu görürük”.

Baş katib ABŞ-ın Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq səylərində aparıcı rol oynadığını deyib və əlavə edib: “Mən ABŞ-ın danışıqlardan uzaqlaşacağını düşünmürəm”.

Kiyev və Moskva arasında danışıqların hazırkı mərhələsini şərh edən Rutte deyib: “Ukraynalılar indi həqiqətən oyundadırlar və mənim fikrimcə, top Rusiyanın meydançasındadır”.

“Rusiya prezidenti Vladimir Putinin sülh istəyirmi”, - sualına Rutte belə cavab verib: “Bilmirəm. 2010-2014-cü illərdə Hollandiyanın baş naziri olanda Putinin fikrini oxumağa çalışdım, lakin sonra dayandım”.

Alyansın rəhbəri NATO-ya üzv dövlətlərin müdafiə xərclərinin ÜDM-in 2%-dən yuxarı artırılmasının zəruriliyini bir daha təkrar edərək bildirib ki, “bu rəqəm 3%-dən əhəmiyyətli dərəcədə yüksək olmalıdır”.

O, həmçinin bu yaxınlarda Londonda keçirilmiş ABŞ-Ukrayna danışıqlarını xatırladıb, onları uğurlu adlandırıb və sülh prosesinin mümkün qədər tez və konstruktiv şəkildə inkişaf edəcəyinə ümid etdiyini bildirib.

P.ƏMİRCANOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri