Icma.az
close
up
RU
Ukraynada müharibəsiz 30 GÜN Top Moskvanın meydanındadır

Ukraynada müharibəsiz 30 GÜN Top Moskvanın meydanındadır

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüş 9 saat davam edib.

Modern.az-ın məlumatına görə, ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasındakı son gərgin görüşdən sonra keçirilən danışıqlarda ciddi nəticələr əldə edilib.

Danışıqların nəticəsində Ukrayna 30 günlük tam atəşkəsə razılıq verib. Bunun əvəzində ABŞ Kiyevə kəşfiyyat məlumatlarının verilməsini bərpa edəcəyini və təhlükəsizlik sahəsində yardım göstərəcəyini vəd edib. Ekspertlər Ukraynaya silah tədarükünün yenidən başlayacağını düşünür. Bundan əlavə, tərəflər nadir torpaq metallarına dair razılaşmanın "ən qısa zamanda" bağlanmasına qərar veriblər.

Zelenski gecə videomüraciətində deyib ki, ABŞ təkcə Qara dənizdə deyil, həm də bütün cəbhə xətti boyunca tam müvəqqəti atəşkəs əldə etməyi, raket, dron və bomba hücumlarını dayandırmağı təklif edir. "Ukrayna bu təklifi qəbul etməyə hazırdır - biz bunu müsbət addım kimi görürük və qəbul etməyə hazırıq", - deyə Zelenski bildirib.

Danışıqlarda ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin rəhbəri Marko Rubio, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib. Ukrayna tərəfindən isə danışıqlarda Xarici İşlər Naziri Andrey Sibiga, Prezident Ofisinin rəhbəri Andrey Yermak və Müdafiə Naziri Rüstəm Umerov iştirak edib.

ABŞ-ın dövlət katibi Marko Rubio danışıqlar öncəsi bəyan edib ki, Vaşinqton Kiyevin hansı güzəştlərə getməyə hazır olduğunu öyrənmək istəyir. O, Ukraynanın 2014-cü ildən bəri itirdiyi bütün əraziləri qaytarmaq şansının az olduğunu və ABŞ nümayəndə heyətinin 2014 və ya 2022-ci il sərhədlərinə qayıdış tələblərini "eşitmək istəmədiyini" vurğulamışdı.

Ukrayna danışıqlara təhlükəsizlik zəmanətlərinin təmin edilməsi ilə bağlı tələblərlə gəlib. Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, bu məsələni yalnız ilkin mərhələdə müzakirə etmək mümkün olacaq. Lakin danışıqların ikinci raundunda məhz bu məsələ ətrafında daha konkret müzakirələr aparılıb.

Məlumata görə, Ukrayna tərəfi danışıqlarda Fransa və Böyük Britaniyanın təklif etdiyi plana bənzər bir təklif irəli sürüb. Plana əsasən, uzaq mənzilli raketlər və PUA zərbələrinin dayandırılması, Qara dənizdə döyüş əməliyyatlarının müvəqqəti dondurulması nəzərdə tutulurdu. Bunun qarşılığında Kiyev ABŞ-dan kəşfiyyat məlumatlarının mübadiləsinin bərpasını və silah tədarükünün yenilənməsini tələb edirdi.

ABŞ 4 martda Ukraynaya hərbi yardımı dondurduğunu elan edib. Bu qərar Zelenskinin ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Venslə Ağ Evdə baş tutan görüşü zamanı yaşanan gərginlikdən sonra qəbul edilmişdi. Danışıqlar nəticəsində tərəflər hərbi yardımların bərpası və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

ABŞ rəsmiləri danışıqların "məhsuldar" olduğunu bildirib və Tramp administrasiyasının Kiyevdən aldığı xəbərlərin "müsbət" olduğunu deyiblər.

Rubio bildirib ki, indi Vaşinqton Moskvanın atəşkəs təklifinə müsbət cavab verməsini gözləyir. Rusiya tərəfinin reaksiyası isə hələlik bəlli deyil. Hökumətə yaxın rus deputatlardan biri deyib ki, Moskva Vaşinqtonun diqtə etdiyi şərtlərlə danışıqlar aparmaq istəmir.

Qərb mətbuatında yayılan məlumata görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff martın 16-dək Moskvaya səfər edə bilər. Lakin Kreml bu məlumatı təsdiqləməyib. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Qərb mediasında bu məsələyə dair çoxlu "dezinformasiyaların" yayıldığını bildirib.

Qərb mediası ABŞ və Ukrayna arasında əldə olunan 30 günlük atəşkəs razılaşmasını mühüm diplomatik addım kimi dəyərləndirib. "The Washington Post" qeyd edir ki, tərəflərin birgə bəyanat üzərində razılaşması Vaşinqton və Kiyev arasında son aylarda yaranan gərgin münasibətlər fonunda əhəmiyyətli irəliləyişdir.

"Axios" nəşri atəşkəsin reallaşacağı təqdirdə, üç ildir davam edən müharibənin diplomatik həlli üçün böyük bir dönüş nöqtəsi ola biləcəyini yazır. Lakin bunun üçün ilk növbədə Kremlin ABŞ-ın təklifini qəbul etməsi vacibdir.

"The Wall Street Journal" isə Ciddənin neytral danışıqlar məkanı kimi seçilməsinin ABŞ-ın tərəfsiz vasitəçi mövqeyi göstərmək istəyindən irəli gəldiyini bildirir. "ABC News" yazır ki, ABŞ və Ukraynanın əldə etdiyi razılıq, ötən ay Ağ Evdə baş verən gərgin görüşdən sonra münasibətləri yenidən qurmaq cəhdi kimi qiymətləndirilir.

"The New York Times" isə vurğulayır ki, Ciddə görüşü Vaşinqtonun Kiyevə dayandırdığı hərbi yardımları bərpa etməsi üçün dönüş nöqtəsi oldu. ABŞ administrasiyasının atəşkəs müqabilində verdiyi bu qərar, Ukrayna ordusunun xüsusilə Rusiyanın Kursk bölgəsindəki əməliyyatlarına birbaşa təsir edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri