Icma.az
close
up
RU
Rutte: Türkiyə təsirli bir müdafiə sənayesi bazasına malikdir

Rutte: Türkiyə təsirli bir müdafiə sənayesi bazasına malikdir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Türkiyə təsirli bir müdafiə sənayesi bazasına malikdir. ABŞ ilə, eləcə də Avropadakı bütün sənaye və ölkələrlə sıx əməkdaşlıq edir".

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bunu NATO Baş Katibi Mark Rutte Antalya'dakı NEST Konqres Mərkəzində keçirilən NATO-nun qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısının sonunda jurnalistlərə açıqlama deyib.

Xarici İşlər Naziri Hakan Fidan və heyətinə, Antalyadakı "möhtəşəm" qonaqpərvərliklərinə görə təşəkkür edən Rutte, toplantıda 24-25 iyun tarixlərində Niderlandda keçiriləcək Lahey zirvəsinin gündəmindəki məsələləri dərindən müzakirə etmə fürsəti qazandıqlarını bildirdi.

Rutte, toplantının əsas diqqətinin müdafiə xərclərini artırmaq olduğunu vurğulayaraq: "Bu, gələcək illərdə İttifaq üçün vacib bir sahə olacaq. Müdafiə xərclərinin artırılması bizim təhlükəsizliyimiz üçün zəruridir",- deyə qeyd edib.

Mövcud 2%-lik hədəfin yetərli olmadığını bir daha qeyd edən baş katib: "Antalyadakı müzakirələrimiz gələcəkdə "nə üçün daha çox ehtiyacımız olacaq" mövzusunda cəmləndi. Əsas hərbi tələblərimizə daha çox sərmayə qoymamız lazım olduğunu, infrastruktur və dayanıqlılıq da daxil olmaqla, müdafiə ilə bağlı daha geniş miqyaslı investisiyalara ehtiyacımız olduğunu bilirik", - deyib.

Rutte Lahey zirvəsi üçün hazırlıqlar davam edərkən gələcək həftələrdə müttəfiqlərlə yaxın əməkdaşlıq etməyə davam etməyi səbirsizliklə gözlədiyini vurğulayaraq: "Həmçinin, müdafiə sənayemizi gücləndirməyin vacibliyini də müzakirə edirik. Bu, 1 milyard vətəndaşımızı müdafiə etmək və bu missiyanı yerinə yetirməyə davam etmək üçün ehtiyac duyduğumuz bacarıqlara sahib olduğumuzdan əmin olmaq üçün lazımlıdır. İstehsalı artırmaq, yeniliyi təşviq etmək və korporativ maneələri aradan qaldırmaq üçün əlimizdən gələni etdiyimizdən əmin olmağa qərarlıyıq", - deyə qeyd edib.

Müdafiə sənayesi sahəsində Türkiyənin vəziyyəti ilə bağlı danışan Rutte: "Türkiyə təsirli bir müdafiə sənayesi bazasına malikdir. ABŞ ilə, eləcə də Avropadakı bütün sənaye və ölkələrlə sıx əməkdaşlıq edir", - deyib.

Baş katib bir suala cavabında Türkiyənin NATO Xarici İşlər Nazirləri Toplantısından sonra İstanbulda sülh danışıqlarına ev sahibliyi edəcək olmasını qeyd edərək: "Türkiyənin bir araya gətirmə gücü açıqca ortadadır. Bunu hər gün görə bilirik", - deyib.

Nazirlərin toplantısında Ukraynadakı müharibə ilə bağlı, ABŞ Prezidenti Donald Trumpın "mümkün olan ən qısa zamanda ədalətli və qalıcı bir şəkildə sona çatdırma cəhdlərinə tam dəstəyimizi verdiklərini" də vurğulayan Rutte: "Bu, hamımızın paylaşdığı bir prioritetdir. Ukraynaya olan uzunmüddətli dəstəyimizi yenidən təsdiqlədik. Bu, müharibəni alovlandırmaqla əlaqəli deyil, Ukraynanın bu gün və gələcəkdə, bir həll olsun və ya olmasın, özünü müdafiə edə bilməsi ilə əlaqədardır. Ukraynaya olan dəstəyimizin, qalıcı bir sülhün təmin edilməsi üçün əhəmiyyətli olmağa davam edəcəyi açıqdır", - deyə bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri