Icma.az
close
up
RU
Rutte: “Bütün Avroatlantik bölgədə müdafiə sənayesi bazası qurmalıyıq”

Rutte: “Bütün Avroatlantik bölgədə müdafiə sənayesi bazası qurmalıyıq”

Icma.az, Bizimyol saytına istinadən bildirir.

NATO-nun Baş katibi Mark Rutte müdafiə xərclərini artırmaq qədər istehsalın da artırılmasının vacibliyini vurğulayaraq, bütün Avroatlantik bölgədə müdafiə sənayesi bazalarının qurulmasının vacib olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rutte Almaniyanın yeni Baş naziri Freidrix Merzin NATO-ya ilk səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

Merzi yeni vəzifəsi münasibətilə təbrik edən Rutte: “Vəzifəyə başladığınızdan cəmi bir neçə gün sonra sizi NATO qərargahında qəbul etmək mənim üçün şərəf və məmnuniyyətdir”, - deyib.

Rutte Almaniyanın Avropada lider güc olduğunu və NATO-nun kollektiv təhlükəsizliyinə mühüm töhfələr verdiyini qeyd edib və Ukraynaya hərbi yardım göstərən ən böyük Avropa ölkəsi olduğunu vurğulayıb. Baş katib Merzin ölkəsinin müdafiə xərclərini artırmaq istiqamətində atdığı addımları alqışladığını bildirib: “Bu cür qətiyyətli addımlar daha güclü, daha ədalətli və daha çəkindirici bir NATO qurmaq üçün məhz ehtiyac duyduğumuz şeylərdir. Ordularımızın çəkindirmə və müdafiə qabiliyyətləri üçün lazım olan imkanlara malik olduğundan əmin olmalıyıq və bir milyard insanımızı təhlükəsiz saxlamalıyıq. Buna görə birlikdə müdafiə xərclərini artırmaq və Atlantik okeanının hər iki tərəfində müdafiə sənayesi potensialını inkişaf etdirmək üçün çalışacağıq”, - deyə qeyd edib.

Rutte bu mövzuların 24-26 iyun tarixlərində Niderlandın Haaqa şəhərində keçiriləcək NATO Zirvəsinin əsas gündəm mövzularından biri olacağını qeyd edib. Yeni zirvədə müdafiə xərclərinə dair müəyyən ediləcək meyarın ÜDM-yə nisbəti (yüzdə neçə olacağı) ilə bağlı sualı cavablandıran Rutte: “Ətrafda çoxlu şayiələr gəzir, bunu bilirəm. NATO daxilində bu barədə daxili müzakirələr apardığımız doğrudur”, - deyib.

Heç bir konkret rəqəm açıqlamayan Rutte: “Həmişə demişəm – əgər 2 faizlik səviyyədə qalsaq, özümüzü qoruya bilmərik. Buna görə müdafiə xərclərini doğrudan da artırmalıyıq”, - deyə bildirib.

Bunun da kifayət etməyəcəyini vurğulayan Rutte: “Eyni zamanda, Atlantik boyunca – ABŞ və Kanada da daxil olmaqla, bütün Avroatlantik bölgədə və NATO-nun bütün Avropa ölkələrində müdafiə sənayesi bazası qurmalıyıq. Bu, olduqca vacibdir. Daha əvvəl də demişəm – Rusiya, ümumi iqtisadi güc baxımından özündən 25 dəfə böyük olan NATO-nun üç aya istehsal etdiyi sursatı təkbaşına istehsal edə bilir. Biz bir ildə onların üç ayda istehsal etdiyini istehsal edirik. Bu isə davamlı deyil”, - deyə əlavə edib.

ABŞ-ın Ukraynanın NATO üzvlüyünə isti baxmaması ilə bağlı suala cavabında Rutte: “NATO-nun bütün üzvləri Ukraynanın NATO-ya gedən yolunun geri dönüşü olmadığını qəbul edir, lakin sülh razılaşmasının bir hissəsi kimi Ukraynanın NATO üzvlüyünün təmin ediləcəyi məsələsində heç vaxt razılığa gəlinməyib. Belə bir razılıq heç vaxt olmayıb. Lakin uzun müddətli perspektivdə NATO müttəfiqləri “bəli” deyib. Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bir perspektiv olacaq. Bu, hal-hazırda gedən sülh danışıqları üçün deyil, daha uzunmüddətli bir məsələdir”, - deyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri