Icma.az
close
up
RU
Rutte Ukrayna təhlükəsizlik təminatının önəmini vurğulanyıb

Rutte Ukrayna təhlükəsizlik təminatının önəmini vurğulanyıb

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO-nun Baş katibi Mark Rutte Rusiya-Ukrayna danışıqları öncəsi Ukraynaya təhlükəsizlik təminatları verilməsinin vacibliyini qeyd edib.

Bizimyol.info xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte, Çex Respublikasının paytaxtı Praqada Baş nazir Petr Fiala ilə görüşdükdən sonra keçirilən birgə mətbuat konfransında bu məsələyə toxundu.

Rutte, Çexin NATO-nun qarşısının alınması (caydırıcılıq) üçün çox mühüm kömək göstərdiyini vurğulayıb və Çexin Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Ukraynaya hərbi yardım göstərmə sahəsindəki rolunu yüksək qiymətləndirib.

O, müharibənin bitməsini, ədalətli və davamlı bir sülhün təmin edilməsini istədiklərini bildirdi.

Mark Rutte, bu gün onlayn şəkildə keçirilən Könüllülər Koalisiyası toplantısı ilə əlaqədar olaraq: "Avropalılar və Kanada ilə birlikdə ABŞ-dan da dəstək alaraq təhlükəsizlik təminatlarını hazırlamalı və danışıqlar başladıqda, Ukrayna Prezidenti Vladimir Zelenskiyə hər zaman bizim tam dəstəyimiz olduğunu bilməsini təmin etməliyik," – deyə qeyd edib.

Rutte, bütün bunların əsas məqsədinin Ukrayna Silahlı Qüvvələrini mümkün qədər güclü saxlamaq olduğunu bildirib.

O, Rusiyanın Ukraynada uğur qazanmasının qarşısını almaq lazım olduğunu vurğulayıb və əlavə edib ki, Rusiya gələcəkdə Ukraynadan da daha uzağa keçməyə cəhd edə bilər, buna görə də NATO olaraq "bunu heç vaxt sınamayacaqları" bir caydırıcılıq səviyyəsi yaratmalıdırlar.

Baş nazir Fiala isə Çexin NATO üzvlüyünün, vətəndaşlarının təhlükəsizliyi və azadlığının əsas təminatlarından biri olduğunu söyləyib.

Fiala, Çexin etibarlı bir NATO müttəfiqi olduğunu vurğulayıb və ittifaqın hər cür təhdidə qarşı çıxacaq gücdə olması lazım olduğunu bildirdi.

O, Könüllülər Koalisiyası toplantısına dair olaraq, ədalətli və davamlı bir sülhün təmin edilməsi üçün zəruri şərtlərin yaradılması məqsədilə yardımların davam etdirilməsi və Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi barədə güclü bir fikir birliyinin mövcud olduğunu qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Sentyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri