Icma.az
close
up
RU
Rüzgar Kamalə Abiyeva yazır

Rüzgar Kamalə Abiyeva yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kamalə ABİYEVA

Deyir, insanın adı taleyinə təsir edir. Onun taleyində də beləmi oldu? Rüzgar kimi gəldi keçdi ömründə olanlar? O da oxucularının ömründə bir yaz rüzgarı oldu. O - Rüzgar Əfəndiyeva. Onunla nə vaxt, harada tanış olduğumu xatırlamıram. Amma son dəfə "Maarif" nəşriyyatında görüşdük. Asta, səmimi səslə "Şeirlərinizi gətirin, dərsliklərə salaram" dedi. Niyə şeirlərimi aparmadığımın səbəbini hələ də bilmirəm. Məndə olur belə qəribəliklər. Onunla sonra hardasa rastlaşdıq. "Niyə gəlmədin? - dedi, -kim olsa, əl çəkməzdi". Bunu da əlavə etdi. Onda, yəni 1994-2005-ci illərdə 1975-ci ildən kiçik korrektor kimi işə başladığı "Maarif" nəşriyyatında "Azərbaycan dili və ədəbiyyatı" dərslikləri redaksiyasının müdiri idi. İndi çox peşmanam, amma nə faydası? Ona əminəm ki, Rüzgar xanım kimi ürəkli adamlar çox azdır.

9 may 1947-ci ildə Bərdədə doğulmuşdu Rüzgar Şahmar qızı Qurbanova. Bərdə şəhər 3 nömrəli orta məktəbdə təhsil almışdı. İlk şeirlərini də məktəb illərində yazmışdı. Və ilk dəfə 7-ci sinifdə şeirini oxuyan Əli müəllim "Sən şairsən" demişdi. Əli müəllim səhv etməmişdi.

1965-ci ildə ADU-nin filologiya fakültəsində təhsil alan Rüzgar xanım 1970-1974-cü illərdə Bakıdakı 248 nömrəli məktəbdə müəllim işləyir. 1970-ci ildə ailə quranda Əfəndiyeva soyadını götürür. İki oğul böyüdür: Zamin və Emin. Həyatı boyu misralar onun ən yaxın dostu, dayağı olur. 23 yaşında olan Emini itirəndə də...

Dünya gözümün içində,

Ömrüm dözümün içində,

Öldüm özümün içində,

Bir misram qolumdan tutdu.

İlk şeirləri tələbəlik illərində çap olunur.

Sonralar "Unuda bilməzsən", "Gözlə", "Ömürdən keçən illər", "Lalənin ləçəyi", "Aydınlıqdan gedən yolda", "Gedən də var, qalan da var", "Xatirələr çiçəkləyəndə", "Əbədi günəş" kimi şeirlər kitabları işıq üzü görür.

Rüzgar Əfəndiyevanın həm də gözəl nəsr əsərləri var. Onun "Yol gözləyənlər" povesti əsasında radio tamaşanın hazırlanması təsadüfi deyil. Bir çox maraqlı hekayələri ilə oxucuların diqqətini çəkən Rüzgar xanım Vasif Adıgözəlovun "Natəvan" operasının ariya və duetlərini də yazıb.

1967-ci ildə "Ulduz" jurnalında dərc olunan, artıq ədəbi mühitdə tanınan, sakitliyi, təvazökarlığı ilə ilə seçilən qızılı saçlı Rüzgarın yaşıl gözlərindən bir kədər, bir nisgil boylanırdı həmişə. 

Tənə də, giley də yersizdir daha,

Qaytar o alışan, yanan eşqimi.

Sənin ki, ürəyin buz bağlayıbdır,

Qaytar o üşüyən, donan eşqimi.

Mənim ürəyimdə dünyaya gəlib,

Sənin ürəyində sönən eşqimi.

Çoxumuz bu misraları eşitmişik. Əzbər bilənlər də az deyil. 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində "Axtarma məni" şeirinin taleyi də belə oldu.

Çıxıram dağlara ay gülüm, sənsiz,

Dağ da qəribsəyər dumansız, çənsiz.

Dolan bu dünyanı, get dolan mənsiz,

Peşiman olsan da, axtarma məni...

Bu şeir də mahnıya döndü. Rüzgar xanımın fərqli dünyası vardı elə bil. Onun yaradıcılığına da yansımışdı bu fərqlilik. Bu fərqliliyi istənilən mövzulu şeirlərində hiss edirdin.

Mənə küskün baxanım, görən nə günahım var,

Yavaş-yavaş addımla, yollarında ahım var.

Rüzgar Əfəndiyeva Qələbənin sevincini yaşamadı. Amma Vətən dərdi şeirlərindən boylandı...

Yollar binədən yaralı,

Dağlar sinədən yaralı,

Yamac, çöl-çəmən yaralı,

Gülündə sola bilmədim.

Şuşam - asılı havada

Yaralı quşsan yuvada.

Yad məni səndən qovanda

Nədən hay sala bilmədim.

Birbaşa ürəyimizə toxunan misralar. Dili o qədər aydın, şirindi ki, sözlərinə yazılan mahnılar çox sevilirdi. Əslində bu mahnıların sözləri dillər əzbəri olurdu.

Aylar, illər bilir nələr çəkmişəm,

Eşqindən könlümə yollar çəkmişəm.

Gəlməsə, ömrümə buludu çökər,

O sənli günlərin, sənli günlərin.

Rüzgar xanımın poeziyası bəstəkarların da diqqətini çəkir. Minlərlə mahnılar yazılıb və yazılır. Amma hər mahnı mətni yadda qalmır.

Səninlə ağlaram,

Səninlə gülərəm.

Dönüb qocalığa,

Qapına gələrəm.

Unuda bilməzsən...

Elə oldu Rüzgar xanım. Bizimlə ağlayıb, bizimlə gülən Rüzgar xanım. Unuda bilmədik. Sadəcə siz misralarınızla dönürsüz qapımıza.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see228

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see225

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see198

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see197

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see193

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see177

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri