Ryanair sərnişini sınmış illüminatordan az qala təyyarədən çölə sovrulacaqdı
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
Ryanair aviaşirkətinin reysində bir kişi təyyarənin sınmış illüminatorundan yarıbayarı çölə sovrulub. Hadisə iyulun 10-u, cümə günü səhər saatlarında baş verib. Təyyarə Yunanıstanın Saloniki şəhərindən Almaniyanın Memmingen şəhərinə uçurdu. Oxuməni.az xəbər verir ki, bu barədə Yunanıstanın "ERT News" nəşri məlumat yayıb.
Havaya qalxdıqdan bir neçə dəqiqə sonra mühərrikdən qopan bir detal illüminatora dəyərək şüşəni sındırıb. Nəticədə, yanında oturan kişi hava axını ilə çölə doğru sovrulmağa başlayıb.
"The Guardian" qəzetinin dəqiqləşdirdiyinə görə, zərərçəkən 61 yaşlı Serbiya vətəndaşıdır. Onun həyatını yanında oturan həyat yoldaşının ayaqlarından tutaraq saxlaması xilas edib. Zərərçəkən şok vəziyyətində və buz kimi soyuq hava axınından aldığı yanıqlarla xəstəxanaya çatdırılıb.
Hadisədən dərhal sonra pilot təyyarəni Saloniki hava limanına geri qaytarıb. Başqa xəsarət alan olmayıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 11 İyul 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















