Icma.az
close
up
RU
Saakaşvilinin partiyasının keçmiş liderinə qarşı ittiham irəli sürüldü

Saakaşvilinin partiyasının keçmiş liderinə qarşı ittiham irəli sürüldü

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Levan Xabeişviliyə qarşı hökuməti devirməyə açıq çağırışlar maddəsi üzrə ittiham irəli sürüb.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə brifinqdə prokuror Beka Kvitsiani məlumat verib.

"Əldə edilmiş sübutlara əsasən, Levan Xabeişviliyə qarşı, həmçinin Gürcüstan Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə də ittiham irəli sürülüb ki, bu da hakimiyyətin devrilməsinə açıq çağırışlar deməkdir. Təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayından etibarən televiziya və sosial şəbəkələr vasitəsilə vətəndaşları sistemli şəkildə hakimiyyətin devrilməsi kimi hərəkətlərə çağırıb, konkret tarix və yerlər barədə danışıb", - deyə prokuror bildirib.

Onun sözlərinə görə, Xabeişvili sentyabrın 11-də saxlanılıb. İlkin olaraq ona hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət vəd etmək ittihamı irəli sürülüb. Xüsusilə, prokurorluğun məlumatına görə, partiyanın keçmiş sədri vəzifəsini yerinə yetirməkdən imtina edəcək və ona məxfi məlumatlar da daxil olmaqla, məlumatlar ötürəcək polis əməkdaşlarına 200 min dollar təklif edib. Gürcüstan Prokurorluğu siyasətçinin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.

Bundan başqa, sentyabrın 11-də Xabeişvili ilə birlikdə müxalifətin "Dəyişikliklər naminə koalisiyası"nın üzvü, ölkənin keçmiş baş prokuroru Murtaz Zodelava da saxlanılıb. O, ilkin olaraq Xabeişvilinin telefonunu gizlətmək cəhdində ittiham olunub, hansı ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onu dəlil kimi götürməli idilər. Zodelavaya qarşı Gürcüstan Cinayət Məcəlləsinin "İctimai asayişi qoruyan şəxsə və ya hakimiyyətin digər nümayəndəsinə qarşı müqavimət, hədə və ya zorakılıq" maddəsi ilə ittiham irəli sürülüb, lakin sonradan onun işi "Məhkəmə prosesinə və ya istintaqa mane olmaq" maddəsi kimi yenidən təsnifləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri