Saakaşvilinin partiyasının rəhbər şəxsi saxlanılıb
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanda müxalif Vahid Milli Hərəkat Partiyasının siyasi şura üzvü saxlanılıb.
Reyting.az xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Vahid Milli Hərəkat Partiyasının siyasi şura üzvü Laşa Tsanavanın dələduzluq ittihamı ilə saxlandığını bildirib.
Açıqlamaya görə, Tsanava bir əcnəbiyə Gürcüstanda yaşayış icazəsi almağa kömək edəcəyini vəd edib və bunun üçün may-iyun aylarında üç tranşla 5600 dollar alıb.
Dövlət Təhlükəsizliyi Xidmətindən bildiriblər ki, əllərində cinayətlə bağlı audio və video sübutlar var. İstintaq Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 180-ci maddəsi ilə aparılır.
Partiya sədri Tina Bokuçava partiya yoldaşının həbsini “Milli Hərəkat”ın reytinqinin yüksəlməsi ilə əlaqələndirib.
Partiyanın yaradıcısı, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bir gün əvvəl bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti partiyanın siyasi şurasının sədri Levan Xabeişvilini silahlı çevrilişə cəhddə ittiham etməyi və bununla əlaqədar partiya rəhbərliyindən bir neçə nəfəri saxlamağı planlaşdırır.
ELÇİN

Saakaşvilinin partiyasının 5 üzvü həbs edilib
04 Dekabr 2024 19:01
İsrail hökumətinin rəhbər şəxsi ABŞ da saxlanılıb
17 Avqust 2025 09:42
Saakaşvilinin partiyasının keçmiş liderinə qarşı ittiham irəli sürüldü
13 Sentyabr 2025 16:58
Gürcüstan məhkəməsi Saakaşvilinin partiyasının sabiq sədrini həbs edib
13 Sentyabr 2025 22:33
Gürcüstan parlamenti Saakaşvilinin partiyasının ləğvi ilə bağlı qətnamə qəbul edəcək
02 Sentyabr 2025 12:37

