Saar: İsrail Britaniyaya əks tədbirlərlə cavab verəcək
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Böyük Britaniyanın İordan çayının Qərb sahilində yəhudi yaşayış məskənlərinin inşasını dəstəkləyən təşkilatlara qarşı sanksiyaları ilə əlaqədar cavab tədbirləri görəcək.
AZXEBER.COM "The times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
Onun sözlərinə görə, Təl-Əviv Londonun tətbiq etdiyi məhdudiyyətləri qanuna tabe olan özəl şirkətlərə qarşı "düşmənçilik aktı" kimi qiymətləndirir və kənar təzyiqlər altında öz siyasətini dəyişmək niyyətində deyil.
"İsrail Britaniya hökumətinin hərəkətlərinə əks-tədbirlərlə cavab verəcək. Hazırda mümkün cavab addımlarının geniş spektri nəzərdən keçirilir", - Saar bildirib. O həmçinin qeyd edib ki, İsrail yəhudi yaşayış məskənlərinin möhkəmləndirilməsinin yeni yollarını öyrənəcək.
Qeyd edək ki, çərşənbə axşamı Böyük Britaniya yaşayış məskənlərinin inşası ilə əlaqəli səkkiz İsrail təşkilatına, eləcə də Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olan "Tzav 9" hərəkatına qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər onların Birləşmiş Krallıqdakı bank hesablarının dondurulmasını nəzərdə tutur.
Qərb sahilində İsrail yaşayış məskənlərinin inşası Fələstinlə münaqişənin həlli üçün əsas maneələrdən biri hesab olunur. BMT Təhlükəsizlik Şurası 2016-cı ilin dekabrında Fələstin ərazilərində məskunlaşma fəaliyyətinin dayandırılması tələbi ilə qətnamə qəbul edib, lakin İsrail onun müddəalarını yerinə yetirməkdən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Noyabr 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















