Icma.az
close
up
RU
Saat 22:00 dan sonra alış veriş edənlərə XƏBƏRDARLIQ!

Saat 22:00 dan sonra alış veriş edənlərə XƏBƏRDARLIQ!

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Son dövrlər onlayn ticarət platformalarında saat 22:00-dan sonra tətbiq edilən "gecə endirimləri" alıcılar arasında kütləvi alış-veriş həvəsi yaradıb. Lakin mütəxəssislər hesab edir ki, bu cür kampaniyalar real güzəştdən daha çox, istehlakçılarda süni tələskənlik yaradaraq onları impulsiv xərclərə sövq edən marketinq taktikasıdır.

Mövzu ilə bağlı “Yeni Sabah”a iqtisadçı Günay Hüseynova açıqlama verib. Onun sözlərinə görə, ilk növbədə onu qeyd edək ki, onlayn ticarətdə tətbiq olunan “gecə ovu” kampaniyalarının əsas məqsədi alıcılar arasında süni tələskənlik və panika yaradaraq satışı artırmaq, başqa sözlə desək, istehlakçını öz “toruna” salmaqdır:

“ Kampaniyaların məhz saat 22:00-dan sonra başlaması təsadüfi deyil. İnsanların iş qrafiki və asudə vaxt aralığı əvvəlcədən hesablandığı üçün bu saatlar məqsədli şəkildə seçilir. E-ticarət platformalarının müəyyən saatlarda xüsusi qiymət və endirim siyasəti tətbiq etməsi birbaşa istehlakçı davranışları ilə bağlıdır. Endirim adı altında təşvişə düşən, qiymətin real olaraq aşağı salınıb-salınmadığını yoxlamayan və ya cüzi güzəşt gördükdə dərhal sifariş verən alıcıların sayı kifayət qədər çoxdur. Platformaların əsas hədəf kütləsi də məhz bu qrupa daxil olan istehlakçılardır. Online alış-veriş

Gecə saatlarında heç bir araşdırma və müqayisə aparmadan edilən impulsiv alış-verişlər nəticəsində alıcılar ilk növbədə özləri bu tələyə düşür və şəxsi maliyyə yüklərini artırırlar. Bu addımlar daha çox psixoloji amillərə söykəndiyi üçün onun qarşısını almaq çətindir. Yəni kənardan verilən hər hansı tövsiyə və ya təkliflə bu cür alıcı davranışını dəyişmək demək olar ki, mümkün olmur”.

Ekspert qeyd dib ki, rəqəmsal səbətlərdə yığılıb qalan, lakin alınmayan məhsulların taleyinə gəldikdə isə şirkətlərin tətbiq edəcəyi hətta ən cüzi endirim belə həmin səbətlərin 90 faizinin boşalması ilə nəticələnə bilər:

“Məsələnin digər bir tərəfi də var. Eyni məhsulun istehsalı, idxalı və ya topdan alınıb pərakəndə satışı ilə məşğul olan bəzi sahibkarlar bir neçə fərqli şirkət və hesab yaradırlar. Onlar bir hesabda məhsulu baha, digərində isə nisbətən ucuz qiymətə təklif edirlər. Alıcı baha qiyməti görüb digər hesabdakı nisbətən münasib qiymətlə müqayisə aparır və dərhal məhsulu alır. Halbuki real mənzərəni görmək üçün qiymətlər ənənəvi ticarət obyektləri və digər müstəqil satıcıların təklifləri ilə müqayisə edilməlidir.

Emosional xərcləmə dalğasının qarşısını almaq üçün maliyyə intizamına gəldikdə isə qeyd etmək lazımdır ki, tələbat və xərclər müxtəlif olduğu kimi, psixoloji faktorlar da burada həlledici rol oynayır. Ən təhlükəli məqam məhz psixoloji asılılıqdır. Çünki bu kateqoriyaya aid olan insanlar öz maliyyə xərclərini idarə edə bilmir və mütəxəssis tövsiyələrinə məhəl qoymurlar.

Sadə bir hesablama aparsaq, 100 manatlıq məhsul endirimlə 90 manata satılırsa, aradakı 10 manatlıq fərq satıcının zərəri deyil, əksinə, istehlakçının büdcəsindən çıxan 90 manatdır. Digər tərəfdən, istehsalçı və ya satıcı şirkət üçün xüsusi güzəştlər tətbiq edilməyibsə, yaxud xərclərində azalma baş verməyibsə, həmin sahibkar məhsulunu niyə zərərinə satsın? Şirkətlər müəyyən endirimlər etsələr də, bu, kəskin qiymət fərqi yaratmır və yalnız onların mənfəət marjasına zərər vurmayacaq həddə tətbiq olunur”.

Cəlalə Cəlalqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri