Icma.az
close
up
RU
“Saatlıda 80 nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!”

“Saatlıda 80 nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Dünya təcrübəsi və Azərbaycandakı təcrübə onu göstərir ki, oxuyan uşaqlar çox vaxt kasıb ailələrdən çıxır. Bu, bir növ, yazılmamış qanundur. Kasıb uşaqlarının təhsil alması üçün şərait yaradılmalıdır”.

Bu sözləri “Yeni Sabah”a həkim-radioloq Aydın Əliyev deyib. 

Onun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin ixtisaslarında illik ödənişlərinin 2,5 dəfə artırılması qərarı tam yanlışdır: Sezar pizza

“Bütün qabaqcıl ölkələr təhsilə önəm verir, təhsilli insanların sayəsində irəliyə gedir. Dünya təcrübəsi və Azərbaycandakı təcrübə onu göstərir ki, oxuyan uşaqlar çox vaxt kasıb ailələrdən çıxır. Bu, bir növ, yazılmamış qanundur. Kasıb uşaqlarının təhsil alması üçün şərait yaradılmalıdır. 

650 bal yığmaq hər oğulun işi deyil. Bildiyimə görə, dövlət sifarişli yerlər Tibb Universitetində təxminən 610-615 baldan yuxarı başlayır. Yəni 590 yığan abituriyent pulluya düşür. Amma 590 da pis nəticə deyil axı! Ortabab nəticə göstərən də dəyər vermək lazımdır”. 

Aydın Əliyev qeyd edib ki, təhsilin inkişafı üçün ödəniş ləğv olunmalıdır:

“Təhsilin inkişaf etməyi üçün tələbələrə kitab-dəftər, qida, yer verilməlidir. Yazıq deyilmi, atası bankdan pul götürüb təhsil haqqını versin, əyin-baş alsın, kirayə pulunu versin, yeməyini alsın... Axı valideyn çatdıra bilmir. 

Bir dahinin məşhur sözü var: “Məktəbləri inkişaf etdirməyən gələcəkdə çoxlu həbsxana tikməli olacaq”. Mən bu tibbi idarə edənlərin əvəzinə utanıram. Məsələn, Saatlı rayonunda 80-nə yaxın tibbi kadr çatışmazlığı var, amma ATU-da təhsilhaqqı qaldırılır. Yenə Kubadan həkim gətirəcəklər?! Kadrların bir hissəsi qaçıb xarici ölkələrə gedir, digər hissəsini də buradan itiririk”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi Azərbaycan Tibb Universitetində də təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb. Belə ki, təhsil haqqı tibb ixtisası üzrə 6500 manat, stomatologiya 6000 manat, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üzrə isə 5000 manat olaraq dəyişdirilib.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Avqust 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri