Saatlıda icra hakimiyyətinin binasının qarşısında nalayiq ifadələr işlədən şəxs həbs edilib
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Saatlı Rayon İcra Hakimiyyətinin binasına sərxoş vəziyyətdə girmək istəyən şəxs barədə inzibati tənbeh tətbiq edilib.
"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi xəbərə görə, hadisə noyabrın 6-da baş verib.
Təqsirləndirilən şəxs hadisə günü təxminən saat 15:30-da Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında içkili vəziyyətdə ünvansız nalayiq ifadələr işlədib.
Bununla əlaqədar inzibati binanın mühafizəsini təşkil edən mühafizə polisinin əməkdaşı Saatlı Rayon Polis Şöbəsinə müraciət edib.
Daha sonra İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.
Saatlı Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 4 gün müddətinə inzibati qaydada həbs edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:46
Bu xəbər 08 Noyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















