Sabah Bakıda leysan olacaq
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oktyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, şərq rayonlarında isə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.
Baxış sayı:68
Bu xəbər 24 Oktyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















