“Sabah” “Barselona” oyununa doğru: İspaniya çempionu Bakıda da qol buraxacaq?
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çempionlar Liqasının V turu çərçivəsində Bakıda keçiriləcək “Sabah” - “Barselona” (İspaniya) oyunu öncəsi maraqlı statistik göstəricilər açıqlanıb.
Redaktor.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun avrokuboklarda keçirdiyi 26 oyunun heç biri qolsuz heç-heçə ilə başa çatmayıb. Valdas Dambrauskasın kollektivi bu mövsüm qitənin ən nüfuzlu klub yarışında 7 qələbə və 5 məğlubiyyət alıb. Bakı təmsilçisi bu qarşılaşmalarda 5 dəfə qapısını toxunulmaz saxlamağı bacarıb.
Qonaq “Barselona” isə qrup mərhələsi və liqa mərhələsində keçirdiyi son 19 oyunun 17-də ən azı iki qol vurub. Kataloniyalılar son 12 səfər matçının hər birində qapısında qol görüb.
“Barselona” Çempionlar Liqasında keçirdiyi son 11 oyunun yalnız ikisində məğlub olub. Komanda bu müddətdə 8 qələbə qazanıb, bir dəfə heç-heçə edib. La Liqa təmsilçisi cari mövsümdə keçirdiyi 4 oyunun üçündə qalib gəlib.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 23 Noyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















