Sabah bəzi yerlərdə yağış yağacaq
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 9-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə arabir zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 23-28° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şərq rayonlarında yağıntıların bir qədər güclənəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 15-20°, bəzi yerlərdə 23-28° isti olacağı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 İyun 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















