Sabah Borussiya oyununu ispaniyalı hakimlər idarə edəcək
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
"Sabah" və Almaniyanın "Borussiya" (Dortmund) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyunu üçün təyinatlar açıqlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Liqa mərhələsinin III turunun matçı İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Xavyer Alberola Roxasa həmyerliləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Victor Qarsiya Verdura yerinə yetirəcək.
VAR-da Sesar Soto Qrado, AVAR-da Valentin Qomes əyləşəcək.
Xatırladaq ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Borussiya" oyunu saat 20:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:Sabah Qarabağ oyununu bu hakimlər idarə edəcək
24 Aprel 2025 17:57
Sabah Mançester Yunayted oyununu belçikalı hakimlər idarə edəcək
08 Sentyabr 2026 11:13
Sabah Borussiya : Heyətlər
20 Oktyabr 2026 19:47
Millimizin oyununu idarə edəcək hakimlər açıqlandı
30 Mart 2026 13:50
Millimizin oyununu norveçli hakimlər idarə edəcək
27 Sentyabr 2026 16:30
Baxış sayı:149
Bu xəbər 18 Oktyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















