Icma.az
close
up
RU
“Sabah” bu rekordlara imza atdı

“Sabah” bu rekordlara imza atdı

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib. Bakı klubu buna pley-offda “Hapoel Beer-Şeva”nı (İsrail) mübarizədən kənarlaşdırmaqla nail olub – 1:2, 5:2 (ə.v.).

“Qafqazinfo” PFL-ə istinadən xəbər verir ki, Azərbaycan futbolu tarixində 3-cü dəfə təmsilçimiz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynayacaq.

Bunadək “Qarabağ” 2017/2018 və 2025/2026 mövsümlərində belə uğura imza atıb.

Bu uğur sayəsində “Sabah” bir neçə rekordla ölkə futbolu tarixinə düşüb. Paytaxt təmsilçisi UEFA Çempionlar Liqasındakı debüt mövsümündə əsas raunda qədər irəliləyən ilk Azərbaycan komandasıdır.

Valdas Dambrauskasın yetirmələri həm də UEFA Çempionlar Liqasında 4 mərhələ adlayaraq, əsas raunda vəsiqə qazanan ilk və yeganə Azərbaycan klubu olub.

Ümumilikdə isə tarixdə 3-cü dəfə Azərbaycan klubu əsas mərhələyə qədər 4 tur keçib. “Qəbələ” 2015/2016 və 2016/2017 mövsümlərində UEFA Avropa Liqasında 4 komandanı mübarizədən kənarlaşdırdıqdan sonra qrupa vəsiqə əldə edib. “Sabah” “Hapoel”ə qədər I təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0, 2:1), II təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”u (1:0, 2:0), III təsnifat mərhələsində Danimarkanın “Orxus” klubunu (1:2, 4:0) mübarizədən kənarlaşdırıb.

Bundan başqa, “Sabah” qələbə sayında da rekord vurub. Bakı təmsilçisi bir mövsümdə təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk Azərbaycan klubu olub. Bununla da qrup və ya liqaya yüksələnədək 5 qələbə qazanan “Qarabağ”la “Qəbələ”nin rekordu yenilənib. 2013/2014, 2023/2024 və 2025/2026 mövsümlərində “Qarabağ”, 2016/2017 mövsümündə “Qəbələ” 5 qələbə qazanıb.

“Sabah” cari mövsüm Azərbaycanın UEFA reytinqinə 1,500 xal qazandırıb. Bu, təsnifat və pley-off mərhələləri üçün ölkə futbolu tarixinin rekordunun təkrarıdır. 2023/2024 mövsümündə “Qarabağ” 5 qələbə və 2 heç-heçə ilə eyni göstəriciyə - 1,500 xala sahib çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Avqust 2026 04:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri