“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah” Azərbaycan futbolu tarixinə adını 9-cu çempion kimi yazdırdı. Ötən mövsüm kuboku qazanan paytaxt təmsilçisi “futbol ili”ndə “Qarabağ”ı qabaqlayaraq sona 4 tur qalmış çempionluğu rəsmiləşdirdi.
Mövsüm ərzində yalnız bir dəfə - 3-cü turda evdə “İmişli”yə uduzan komanda ardından heç bir matçda məğlub olmadı. Bəs yeni çempionu hansı klubar təbrik etdi? 11 klubdan hələ ki yalnız ikisi - “Qarabağ”la “İmişli” “bayquşlar”a gözaydınlığı verib. Başqa heç bir klubun nə saytında, nə də sosial şəbəkə hesabında təbrikə rast gəldik.
Amma “Şamaxı”nı da unutmaq olmaz. “Şirlər” srağagünkü oyunda əvvəldən verdiyi vədə sadiq qalaraq çempion rəqibi üçün şərəf dəhlizi açıb. Centlmenliyi ilə seçilən klub ötən mövsüm “Qarabağ”a da eyni münasibəti göstərmişdi.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:298
Bu xəbər 05 May 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















