Sabah Çempionlar Liqasına hazırlaşır: Danışıqlar başlayacaq
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Misli Premyer Liqasında addım-addım çempionluğa gedən "Sabah"da üzlər gülür.
Klub daxilində hər kəs artıq çempionluğa köklənib və yavaş-yavaş Çempionlar Liqasını düşünməyə başlayıb.
Komanda mövsümün sonunda mütləq güclənməyə gedəcək. Apasportun məlumatına görə, may ayından etibarən komandaya cəlb olunması nəzərdə tutulan futbolçularla danışıqlar başlayacaq. Bu müddət ərzində geniş transfer siyahısını kiçildərək dəqiqləşdirmələr aparan klub ehtiyac duyulan mövqelər üzrə oyunçu profillərini dəqiqləşdirib.
Bundan əlavə komandaya digər tərəfdən də əlavə iş düşür. Belə ki, "bayquşlar"ın bir sıra aparıcı oyunçusuna ölkə xaricindən ciddi maraq var. Rəsmiləşən təklif olmasa belə, artıq bəzi futbolçuların menecerləri ilə təmasa keçilib. Rədd edilməsi çətin təklifləri klub mövsümün sonunda dəyərləndirməyə alacaq.
Mövsümün sonuna 7 tur qalıb və hazırda "Sabah" ən yaxın izləyicisi "Qarabağ"ı turnir cədvəlində 10 xal qabaqlayır. Ehtiyatda 1 oyunu olan "Qarabağ" aysonu ardıcıl 2 dəfə səfərdə "Neftçi"ylə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 09 Aprel 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















