Sabah Çempionlar Liqasında cavab matçına çıxır
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Modern .az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxacaq.
Komandamız öz meydanında Danimarka çempionu "Orhus"la qarşılaşacaq.
Tərəflər arasında Danimarkada keçirilən ilk matçda "Orhus" 2:1 hesablı qələbə qazanıb.
Saat 20:00-da keçiriləcək görüşü fransalı hakimlər briqadası idarə edəcək.
Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq.
Məğlub tərəf isə Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
11 avqust
20:00. "Sabah" (Azərbaycan) - "Orhus" (Danimarka)
İlk oyun - 1:2
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrard, Erik Vattellier
“Bank Respublika Arena”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Avqust 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















