Icma.az
close
up
RU
“Sabah” ÇL də debüt ərəfəsində: yenilənmiş müdafiə və Uels sınağı in İCMALI

“Sabah” ÇL də debüt ərəfəsində: yenilənmiş müdafiə və Uels sınağı in İCMALI

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq bu həftə Azərbaycan Premyer Liqasının yeni çempionu olan Bakı təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının seçmə mərhələsində debüt edəcək.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın komandası I təsnifat mərhələsində Uels çempionu TNS ilə qarşılaşacaq. İlk oyun iyulun 7-də “Bank Respublika Arena”da, cavab görüşü isə iyulun 14-də Ozuestri şəhərindəki “Park Hall” stadionunda keçiriləcək.

Start öncəsi əsas sual budur: “Sabah” yeni transferləri artıq formalaşmış çempion heyətinə nə qədər tez uyğunlaşdıra biləcək? Klub yay transfer dövründə məqsədyönlü fəaliyyət göstərərək sol müdafiə cinahını, müdafiənin mərkəzini, hücum cinahlarını və mərkəz hücumçusu mövqeyini gücləndirib.

İlk növbədə qeyd etmək lazımdır ki, bakılılar əsas bombardiri Coy-Lens Mikelsi komandada saxlaya biliblər. Almaniyalı futbolçu klub tarixinin ən məhsuldar oyunçusudur – o, 139 oyunda 72 qol vurub. 2025/26 mövsümündə isə Misli Premyer Liqasında keçirdiyi 25 matçda 19 dəfə fərqlənərək çempionatın bombardiri olub.

Mikelsin hücumun mərkəzində əsas rəqibi və tərəfdaşı Patrik Orfe Mbinadır. Qabonlu hücumçu əvvəlcə “Maribor”dan icarəyə götürülmüş, daha sonra isə klub onun transfer hüquqlarını alaraq üçillik müqavilə imzalayıb. O, artıq “Sabah”ın heyətində 11 oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.

Mövqelər üzrə komandadan ayrılan futbolçuların əvəzindən danışsaq, Mbina ilk növbədə Pavol Şafrankonun boşluğunu doldurur. Slovak hücumçu müqaviləsinin başa çatmasından sonra klubdan ayrılıb. O, “Sabah”da keçirdiyi 55 oyunda 18 qol vurub və 3 məhsuldar ötürmə verib. Mbina Mikelsin tam surəti olmasa da, funksiyası baxımından klassik mərkəz hücumçusudur. O, cərimə meydançasında oynaya, hücum liderinin yükünü azalda və baş məşqçiyə daha birbaşa futbol oynamaq imkanı yarada bilər.

Cinahlarda ən diqqətçəkən transfer Ksander Severina olub. Kürasao millisinin 25 yaşlı vingeri "Makkabi" Hayfadan transfer edilib və onunla "2+1" sistemi üzrə müqavilə imzalanıb. Futbolçunun karyerasında Niderland, Serbiya, Portuqaliya və İsrail klubları yer alıb. Bu isə “Sabah”ın müxtəlif futbol məktəblərində formalaşmış təcrübəyə malik oyunçu qazandığını göstərir. Severinanın gəlişi müqaviləsi uzadılmayan Cessi Sekidikanın gedişindən sonra məntiqli gücləndirmə sayılır. Nigeriyalı futbolçu “Sabah”ın heyətində 107 oyunda 21 qol vurub, 18 məhsuldar ötürmə edib. Onun ayrılması təkcə statistika baxımından deyil, komandanın oturuşmuş oyun əlaqələri baxımından da ciddi itkidir.

Cinah üçün daha bir alternativ Yunes Laşaabdır. Fransalı vinger “Lill”dən bir mövsümlük icarəyə götürülüb və “Sabah” onun transfer hüququnu almaq imkanını da saxlayıb. Bu, daha çox inkişaf etdirilməsi planlaşdırılan gənc futbolçuya edilən yatırım hesab olunur. Klub mövsüm ərzində onun sürətindən maksimum yararlanmağa çalışacaq.

Müdafiə xəttində dəyişikliklər daha nəzərəçarpandır. Komandanın kapitanı və klub tarixində ən çox oyun keçirən futbolçu olan Amin Seydiyev ayrılıb. O, “Sabah”ın heyətində 186 matç keçirib. Bundan başqa, iki il ərzində 62 oyunda çıxış edib 4 qol vuran braziliyalı müdafiəçi İqor Noqeyra da komandanı tərk edib. Belə itkiləri bir futbolçu ilə kompensasiya etmək mümkün olmadığından klub müdafiənin bir neçə mövqeyini eyni vaxtda gücləndirib.

Əvvəl icarə əsasında çıxış edən polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç artıq tamhüquqlu şəkildə “Sabah”a məxsusdur. Klub “Holştayn Kil”lə razılıq əldə edib və futbolçu ilə üçillik müqavilə bağlayıb. O, ötən mövsüm 33 oyunda 2 qol vurub, 12 məhsuldar ötürmə edib. Dambrauskasın komandası üçün bu transfer xüsusi əhəmiyyət daşıyır. Çünki sol cinah artıq təkcə müdafiə deyil, həm də hücumların qurulduğu əsas istiqamətlərdən birinə çevrilir.

Müdafiənin mərkəzinə isə Junior Almeyda və Eyden Makkarti transfer olunub. Almeyda Portuqaliyanın “Maritimu” klubundan gələn 26 yaşlı braziliyalı mərkəz müdafiəçisidir və onunla üçillik müqavilə bağlanıb. Makkarti isə Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer olunan 22 yaşlı mərkəz müdafiəçisidir. Onun müqaviləsi “3+1” sistemi üzrə imzalanıb. Beləliklə, “Sabah” eyni anda həm Portuqaliya futbolunda təcrübə qazanmış yetkin müdafiəçi, həm də inkişaf potensialı yüksək olan gənc futbolçu heyətinə qatıb. Məqsəd təkcə Noqeyra və Seydiyevin yerini doldurmaq deyil, həm də müdafiədə rəqabəti artırmaqdır.

Avstriyada keçirilən təlim-məşq toplanışı isə birmənalı mənzərə yaratmayıb. Komanda hazırlığa iyunun 17-də başlayıb və iyulun 3-dək Tirol bölgəsində çalışıb. Bu müddətdə üç yoxlama oyunu keçirilib. Rəqiblər kifayət qədər ciddi olub – Rumıniyanın "Universitatya Krayova", Macarıstanın “Ferentsvaroş” və Ukraynanın “Polesye” klubları.

“Universitatya Krayova” ilə ilk yoxlama oyunu 1:1 hesabı ilə başa çatıb. Start heyətində Junior Almeyda və Timoteuş Puxaç yer alıb. “Sabah”ın yeganə qolunu isə fasilədən sonra meydana daxil olan Mbina vurub. Onun qolu göstərdi ki, qabonlu futbolçu təkcə ehtiyat variant deyil, hücum rotasiyasının real üzvü ola bilər.

“Ferentsvaroş”la keçirilən görüş də 1:1 hesabı ilə yekunlaşıb. Qarşılaşma 120 dəqiqə davam edib. Start heyətində Puxaç, Makkarti və Rodriqo Fernandeş yer alıblar. Sonradan Junior Almeyda, Laşaab və Mbina meydana çıxıblar. "Sabah"ın qolunu Kafet Bulus Dunqus vurub. Məşqçilər korpusu üçün bu oyun xüsusilə heyətin dərinliyini yoxlamaq baxımından faydalı olub. Dambrauskas yüksək yüklənmə şəraitində demək olar ki, bütün yeni futbolçuları sınamaq imkanı əldə edib.

Son yoxlama görüşündə isə “Sabah” “Polesye”yə 1:4 hesabı ilə məğlub olub. Komandanın yeganə qolunu Velko Simiç vurub. Start heyətində yenə Junior Almeyda, Puxaç və Mbina yer alıblar. Mikels, Laşaab və Makkarti isə sonradan oyuna daxil olublar. Bu nəticəni faciə kimi qiymətləndirmək düzgün olmaz. Lakin o, bir həqiqəti üzə çıxardı – hücum xəttində artıq seçim imkanları formalaşsa da, müdafiədə oyun əlaqələrinin oturuşması üçün hələ zamana ehtiyac var.

TNS ilə qarşıdakı qarşılaşmada “Sabah”ın şansları kifayət qədər real görünür, lakin bu, asan olmayacaq. Bakı klubu fərdi keyfiyyətlər baxımından rəqibini üstələyir və Çempionlar Liqasındakı debüt oyununu öz meydanında keçirəcək. Bununla belə, TNS təsadüfi rəqib deyil. Uels çempionu avrokuboklarda kifayət qədər zəngin təcrübəyə malikdir.

“Sabah” üçün əsas məsələ qarşılaşmanın gərgin və ağır mübarizəyə çevrilməsinə imkan verməməkdir. Əgər Mikels ötən mövsümkü məhsuldarlığını davam etdirsə, Mbina cərimə meydançasında daha çox təhlükə yaratsa, Puxaç, Severina, Laşaab, Maluda və Pərris cinahlarda sürət qazandırsalar, Bakı təmsilçisi növbəti mərhələyə yüksəlməlidir. Lakin müdafiə “Polesye” ilə oyundakı kimi səhvlərə yol versə, TNS bunun əvəzini çıxarmaq üçün kifayət qədər şans əldə edəcək.

Məhz buna görə də Çempionlar Liqasındakı start “Sabah” üçün təkcə tarixi hadisə deyil, həm də Dambrauskasın formalaşdırdığı yeni komandanın ilk ciddi sınağı olacaq. Yay transfer siyasəti məntiqli görünür: klub Mikelsi saxlayıb, hücum xəttinin dərinliyini artırıb və müdafiəni yenidən qurub. İndi əsas sual budur – bu detallar iyulun 7-dək vahid sistemə çevrilə biləcəkmi?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 İyul 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri