Icma.az
close
up
RU
“Sabah” çox iddialıdı, çox güclüdü. Hətta “Qarabağ”dan da!

“Sabah” çox iddialıdı, çox güclüdü. Hətta “Qarabağ”dan da!

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Deyəsən, “Qarabağ”ın dominantlığına son qoyacaq komanda tapılıb. Adı nədi? “Sabah”!

Aşağı yaş qruplarında “ağalıq edən” “Sabah”ın əsas komandası da əziyyətinin bəhrəsini görənə oxşayır. Artıq 15 turdan sonra turnir cədvəlinin lideri “Qarabağ” deyil. Ağdamlıları həm oyun planı, həm nəticə baxımından üstələyən “Sabah”dı. O sabah ki, Murad Musayev dönəmindən sonra, nəhayət, istədiyi baş məşqçini tapıb. Bir 2022/23 mövsümündə çempionluğa yaxın idilər, bir də indi. İndi daha sabit komanda, futbolçularını tanıyan baş məşqçi, zədələrə rəğmən, sona qədər vuruşan, rəqiblərini əzib keçən “Sabah” var.
Düzdü, “Sabah”ın tarixinə düşən baş məşqçi Vasili Berezutskidi. Axı kluba ilk titul qazandırıb - ölkə kubokunun qalibi olub. Amma Berezutski o Berezutskidi ki, heç-heçələrin sayına görə “rekord qırdı”. Yəni sabitlik yox idi. Bu mövsüm isə komanda 15 oyunun 10-da qələbə qazanıb, 4-də heç-heçə edib, yalnız 1 məğlubiyyəti var. Xallar daha çox mövsüm əvvəlində, Dambrauskasın hələ “heyəti otuzdurmağı” vaxt itirilib. Statistikaya baxın: “Sabah” sonuncu dəfə avqustda məğlubiyyətə uğrayıb, son 9 görüşün 7-də qələbə qazanıb.
Bəli, bu qoçun başı artıq digər qoçun - “Qarabağ”ın başı elə eyni qazanda qaynamayacaq. Belə görünür ki, “Qarabağ” artıq vaxtından əvvəl çempion ola bilməyəcək. Srağagünkü oyun yəqin bu komandanın azarkeşlərini qorxutdu. “Qarabağ”ın əli-qolu bağlanmışdı, heç nə edə bilmirdi. Deməli, “Qarabağ”ı taxtdan salmaq üçün rəqabət lazım imiş. Bəlkə ağdamlılar mövsümün sonunda taxtdan düşməyəcək, amma əminəm ki, rəqabət son ana qədər gedəcək. “Sabah”ın belə rəqabət şəraiti təklif etməsi isə hamıdan çox elə “Qarabağ”a sərf edir. Axı Qurban Qurbanov çempionatda tempin aşağı olmasından, Avropa səviyyəli klubların yoxluğundan şikayətlənir. Bu da sizə rəqabət! İndi var, özü də necə istəsəz!
Çempionatın aşağı-yuxarı yarısı geridə qalıb. “Sabah”da yeni transfer olacaq, olmayacaq - demək çətindi. Amma nə ehtiyac var ki transferə? Qapıçı desən, qapıçı, müdafiəçilər desən, müdafiəçilər. Yarımmüdafiəçilər istənilən səviyyədə. Hücum da həmçinin. Maluda kimi gələcəkdə nəhənglərin “elçi düşəcəyi” futbolçusu var. Dediyinə inansaq, minimum bir mövsüm də komandada qalmaq istəyir. Coy-Lens Mikelsin də “ayağı açılıb”, hər oyun qol vurur. Bu komanda mərkəz hücumçusu Pavol Şafrankonun, ötən mövsümün ən yaxşı iki oyunçusundan biri Cesse Sekidikanın, yarımmüdafiənin liderlərindən Zinədin Uld-Xaledin əməyindən məhrumdu. Onlar da zədədən qayıtsa...
Bir sözlə, “Sabah” çox iddialıdı, çox güclüdü. Hətta “Qarabağ”dan da!
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Dekabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri