Sabah hava əsasən yağmursuz olacaq, paytaxtda temperatur 17 dərəcəyədək yüksələcək PROQNOZ
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.
Bu mövzuda digər xəbərlər:Sabah hava əsasən yağmursuz olacaq PROQNOZ
08 Yanvar 2025 12:44
Baxış sayı:90
Bu xəbər 06 Mart 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















