Sabah ın bilet satışının STATİSTİKASI
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün bu vaxta kimi ümumilikdə 104 620 bilet satılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
"Bilet satışı ilkin gözləntilərimizi və planlaşdırdığımız tempi xeyli üstələyir. Bu göstərici azarkeşlərin Çempionlar Liqasının Bakıda keçiriləcək oyunlarına böyük marağını göstərir.
Dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirik. Klubun məqsədlərindən biri "Sabah" azarkeşlərinə və digər futbolsevərlərə bu oyunları stadiondan izləmək imkanı yaratmaqdır.
Hazırkı qiymətlər daha çox insanın oyunlara qatıla bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyən edilib. Bilet alan azarkeşlər dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər", - deyə bildirilib.
Klubdan bildirilib ki, bilet satışından əldə olunan gəlirin 25 faizi "Sabah Futbol Akademiyası Gələcəyin istedadları" proqramına yönəldiləcək. Bu vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq:
"Hazırda bilet satışı davam edir. Satışla bağlı yeniliklər klubun rəsmi kanallarında paylaşılacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 24 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















