Sabah ın müdafiəçisi: Bakıda rahat mübarizə aparsaq, mərhələ keçə biləcəyik
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirov İTV-yə açıqlama verib.
Sportal.az xəbər verir ki, o, komandasının Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda "Hapoel"ə (Beer-Şeva)(2:1) məğlubiyyəti şərh edib:
"Təbii ki, uğurlu nəticə qazanmaq istəyirdik. "Hapoel"lə görüşdə məğlub olmağımıza baxmayaraq, oyun yaxşı keçdi. Komanda olaraq əlimizdən gələni etdik. "Hapoel" də yaxşı komandadır. Onlar nə istədiyini bilən kollektivdir. Amma bizim hansısa həyəcanımız yox idi. Sadəcə xırda səhvlərdən və bir də, bəxtsizlikdən qollar buraxdıq. Fikrimcə, rəqib iki dəfə bəxt sayəsində qol vurdu. Hər halda, Bakıda rahat mübarizə aparsaq, həmişəki "Sabah"ı göstərsək, yaxşı nəticə göstərib, mərhələ keçə biləcəyik. Hazırlaşacağıq.
Əlbəttə, rəqibi analiz edəcəyik. Məncə, bacaracağıq, özümüzə inanıram. Azarkeşlərə də səslənirəm ki, stadiona gəlsinlər, dəstək olsunlar. Öz millətimin, xalqımın qarşısında, öz ölkəmizdə çıxış edəcəm. Allah qoysa, qələbə qazanaraq, xalqımızı sevindirərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 20 Avqust 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















