Sabah ın potensial rəqibləri kimlərdir? Çempionlar Liqası
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Azərbaycan çempionu adını təmin edən "Sabah" tarixində ilk dəfə ölkəmizi UEFA-nın Çempionlar Liqası yarışında təmsil edəcək.
QOL.az-ın xəbərinə görə, litvalı mütəxəssis Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda 2026/27 mövsümündə mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələdə ümumən 28 komanda çıxış edəcək və onlar hər birində 14 olmaqla iki səbətə bölünəcəklər. "Sabah"ın reytinq xalı az olduğundan "səpələnməmişlər" səbətində yer alacaq. Artıq Azərbaycan çempionunun potensial rəqibi olacaq 14 komandadan 10-u məlumdur.
Bunlar "səpələnmişlər" səbətinə düşən “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları) və “Flora”dır (Estoniya).
Daha 4 rəqib isə hələlilk qeyri-müəyyəndir. Bu səbətə “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova), TNS (Uels), “İnter Eskaldes”in (Andorra), Ermənistan çempionu, Rumıniya çempionu və Macarıstan çempionunun düşmək ehtimalı da var.
Püşkatmada Azərbaycan və Ermənistan çempionları bir-birinə rəqib ola bilməzlər.
UEFA Çempionlar Liqasında 1-ci mərhələnin püşkü iyunun 16-da atılacaq. Bu mərhələnin ilk oyunları 7/8 iyul, cavab görüşləri 14/15 iyul tarixlərində keçiriləcək.
"Sabah" təsnifat mərhələsində ev oyunlarını Masazır qəsəbəsindəki stadionda keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 12 May 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















